Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Ümummilli Liderin adını daşıyan muzeyi ziyarət edib
Bakı, 27 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun əməkdaşları Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar aprelin 27-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, muzeydə dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, Ümummilli Liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.