Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı olub
Naxçıvan, 15 may, AZƏRTAC
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri təlim-metodiki toplantıya cəlb ediliblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrində məşğələlərin vahid metodika üzrə keçirilməsinə nail olmaq üçün təşkil edilən toplantıda zabitlərə taktiki sıra üsulu ilə vacib fənlərdən məşğələlər keçirilib.
Zabitlər döyüş sahəsində bölmələrin, şəxsi heyətin və atəşin idarə edilməsi üzrə göstərici və nümunəvi təlimlərin vacib epizodlarını izləyiblər.
Təlimlər zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında komandirlərin roluna xüsusi diqqət yetirilib.