Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan” Sərhəd Diviziyasının 1-ci sərhəd zastava kompleksi istifadəyə verilmişdir

Naxçıvan, 22 avqust (AZƏRTAC). Avqustun 22-də - üçrəngli bayrağımızın ilk dəfə Naxçıvandakı sərhəd dəstəsində qaldırılmasının 20-ci ildönümü günündə 1-ci sərhəd zastava kompleksinin açılışı olmuşdur.

“Naxçıvan” Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev açılış mərasiminə gələn qonaqları salamlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1-ci sərhəd zastavası kompleksinin istifadəyə verilməsini Azərbaycan Sərhəd Qoşunlarının həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə sərhədçiləri təbrik edərək demişdir: “1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ulu öndər Heydər Əliyev 4 gün sonra - sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bu tarixi hadisədən bir müddət sonra, oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Sovet İttifaqı Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hissələrinin statusu haqqında məsələ müzakirəyə çıxarıldı”.

Ali Məclisin sədri demişdir: “Həmin vaxt sovetlər birliyinin Naxçıvandakı sərhədlərində 41-ci sərhəd dəstəsi dayanmışdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları təcavüzkar Ermənistanın ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. Həmin vaxt Zaqafqaziya Sərhəd Qoşunları qarşısında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən sərhəd zastavalarının 41-ci sərhəd dəstəsinin tabeliyinə verilməsi barədə məsələ qaldırıldı. Nəhayət, 1991-ci il oktyabrın 29-da 6-sı Ordubadda və 1-i Sədərəkdə olmaqla 7 sərhəd zastavası 41-ci sərhəd dəstəsinin tabeliyinə verildi. Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci sərhəd dəstəsi ləğv olundu, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış 1-ci sərhəd dəstəsinin sərəncamına verildi. Bununla da, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edildi”.

1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində ümummilli liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın üçrəngli bayrağının qaldırıldığını, Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməlinin qoyulduğunu xatırladan Ali Məclisin sədri demişdir: “20 il dövlətçilik və dövlət quruculuğu tarixində elə bir böyük dövr deyildir. Azərbaycanın ilk milli sərhəd dəstəsinin yaradılmasından ötən qısa müddət ərzində ölkəmizin Sərhəd Qoşunları böyük inkişaf və təşkilatlanma yolu keçmişdir. Bu gün hər birimiz fəxr edirik ki, müstəqil Azərbaycanın sərhədlərini onun milli sərhədçiləri qoruyur. Bu, xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir. Hələ 20 il bundan əvvəl üçrəngli bayrağımız Naxçıvandakı sərhəd dəstəsində qaldırılarkən ulu öndərimiz deyirdi: “Sərhəd xalqımız və müstəqil dövlətimiz üçün müqəddəsdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən mühüm amildir”. Bu gün ulu öndərimizin bu fikirləri əsas götürülərək Azərbaycanın müqəddəs sərhədləri onun sərhədçiləri tərəfindən layiqincə qorunur”.

Ali Məclisin sədri Naxçıvan Sərhəd Dəstəsinin qısa müddətdə uğurlu inkişaf yolu keçdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmışdır. İnkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycan Sərhəd Qoşunlarının “Naxçıvan” Sərhəd Diviziyası bu gün muxtar respublikasının onlara həvalə edilmiş 215 kilometrlik sərhəd xəttini layiqincə mühafizə edir.

“Azərbaycanda ordu quruculuğuna ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, bu gün müasir tələblərə cavab verən sərhəd zastavası kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin əsgərlərimizə, sərhədçilərimizə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, “Naxçıvan” Sərhəd Diviziyasının şəxsi heyəti sərhədlərimizin qorunmasında bundan sonra da mərdlik və mübarizlik nümayiş etdirəcəkdir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirmişdir ki, bu gün ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarının da maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, Sərhəd Qoşunları gündən-günə daha da qüdrətlənir. Elçin Quliyev demişdir ki, sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında da mühüm işlər görülür. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində “Naxçıvan” Sərhəd Diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturu yaradılmışdır. Bütün bunlar muxtar respublika sərhədlərinin etibarlı şəkildə qorunmasına təminat verir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev zastava ərazisində tikilmiş yaşayış binasındakı yeni mənzillərin orderlərini və xidmətdə fərqlənən zabit-gizirlərə “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli medalları təqdim etmiş, yataqxana binasının açılışını bildirən lenti kəsmişlər.

Sərhəd Zastavası kompleksində zabitlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, sərhədçi ailələri üçün yeni yaşayış binası tikilmişdir.

Ali Məclisin sədri sərhədçi ailələrini yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik etmiş, onlara xoş günlər arzulamışdır.

Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan bina 8 mənzillidir. Hər mərtəbədə ayrılıqda 4 mənzil yerləşir. Mebel dəstləri və lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillərin 1-i üçotaqlı, digərləri isə ikiotaqlıdır. Binanın zirzəmisində isə hər bir mənzil üçün nəzərdə tutulmuş 8 məişət otağı vardır.

Sərhədçi ailələri yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

Yaşayış binasının həyətində də abadlıq işləri aparılmış, istirahət köşkü və uşaq-əyləncə qurğuları qoyulmuşdur.

Sərhəd Zastavası kompleksi ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev əsgərlərlə birlikdə nahar etmişlər.

Gətirilmiş ərzaq məhsulları Sərhəd Zastavasının anbarına təhvil verilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olunub

Sauran Kaliyev: Süni intellekt kəndlərin inkişafında mühüm rol oynaya bilər

Keniya nümayəndəsi: WUF13-də şəhərsalma sahəsində qlobal təcrübələr paylaşılacaq

Ukrayna yerli istehsal olan ilk idarəolunan aviasiya bombası hazırlayıb

Renyiq Li: Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük

Sana Ullah Rattor: Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür

Azərbaycan Rusiyaya tərəvəz tədarükü üzrə lider mövqeyini qoruyub saxlayır

Bakı Mühəndislik Universiteti WUF13-də innovativ layihələrlə təmsil olunur

Türkiyənin 10 vilayətində “sarı” təhlükə səviyyəsi elan olunub

Kosmik hava proqnozu açıqlanıb

Aşil Nupeu: Azərbaycanın ətraf mühiti şəhərsalmaya effektiv şəkildə inteqrasiya olunur

“Ağıllı şəhər” konsepsiyası dayanıqlı inkişafda mühüm rol oynayır – Elene Maçaidze

Gürcüstan və Çin rəsmiləri Orta Dəhlizin potensialı barədə fikir mübadiləsi aparıblar

Esvatinidən olan nümayəndə: WUF13-də icmalarımızın necə inkişaf etdirilə biləcəyini daha dərindən öyrənirik

DND xəbər agentliyi: WUF13 Prezident İlham Əliyevin davamlı şəhərsalma siyasətini əks etdirir

Antonio Kampanyoli: WUF13 dayanıqlı şəhər inkişafında qlobal əməkdaşlığı gücləndirir

“Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” – yeni nəşr

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim edib

Özbəkistan universitetinin nümayəndələri AzTU-da olublar

Norveçdə otel və restoran işçilərinin tətili hava limanlarına da yayılıb

WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO

WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO

Belçika həbsxanalarında ifrat sıxlıq nəticəsində “humanitar fəlakət” yaranıb

HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO

HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev çıxış edib   FOTOLAR YENİLƏNƏCƏK

Nqa Kor Minq: Mən fəaliyyətimizin mahiyyətini ifadə edən bir Azərbaycan atalar sözündən ilham alıram

Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları - Dünya Təhsil Forumu

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq VİDEO

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq VİDEO

Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib

Sofiko Dvalişvili: WUF13-də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür VİDEO

Sofiko Dvalişvili: WUF13-də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür VİDEO

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

Anaklaudia Rossbax: İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

Nqa Kor Minq: WUF13-ün mövzusu bizi real addımlar atmağa yönəldən bir çağırışdır

Prezident İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

BMT Baş Assambleyasının prezidenti: WUF13 mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün imkan yaradır

Nazir: Xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri biliklər ölkənin gələcəyi baxımından əhəmiyyət daşıyır

BMT-nin Baş katibi: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq

Portuqaliyalı memar: Dayanıqlı şəhərlər müasir dövrün ən mühüm çağırışlarından biridir

Azərbaycan Prezidenti: Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib

Saad Afis: WUF13 şəhərlərin dayanıqlı inkişafı üçün yeni ideyaların formalaşmasına imkan yaradır

Prezident: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük VİDEO

Prezident: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük VİDEO

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq VİDEO

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq VİDEO

WUF13: Azərbaycanın dünyaya memarlıq və şəhərsalma təqdimatı - TƏHLİL

Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

Azərbaycan Prezidenti: Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır

® “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk VİDEO

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk VİDEO

Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik

Rut Nquqi: WUF13-də bir neçə təşkilatla səmərəli fikir mübadiləsi apardıq

WUF13-ün hindistanlı iştirakçısı: Şəhərlərin inklüziv və dayanıqlı inkişafı təcili xarakter daşıyır

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq VİDEO

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq VİDEO

Gəncədə Xalq artisti Fəxrəddin Manafovla görüş

İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollara başa gəlib

İtaliyalı elmi koordinator: Şəhərsalma və mənzil siyasəti davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm əhəmiyyət kəsb edir

Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik VİDEO

Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik VİDEO

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar VİDEO

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar VİDEO

Qreys Çikumo Mtonqo: Şəhərlər daha dayanıqlı və inklüziv olmalıdır

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik VİDEO

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik VİDEO

“Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin növbəti sessiyası

Milli Observatoriya daha bir beynəlxalq sertifikata layiq görülüb

Nigeriyalı nazirlik rəsmisi: Bakı müasir şəhərsalma baxımından çox inkişaf edib

İordaniya Senatının üzvü: WUF13 ölkələr arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır

Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib

Alis Çarles: Azərbaycanın dayanıqlı şəhər inkişafı istiqamətində rolu getdikcə artır

Nazir Rəşad Nəbiyevin Xızıda nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişib

“Proyapı” şirkətinin rəsmisi: Azərbaycan COP29-dan sonra WUF13-ə də uğurla ev sahibliyi edir

Mohammad Abdul Aval: WUF13 gələcəyin dayanıqlı və rahat şəhərlərinin yaranmasına yanaşmaların formalaşmasına kömək edir

“Gəncə” voleybol klubu baş məşqçi ilə müqaviləni yeniləyib

Nepallı ekspert: Aztəminatlı ailələrin mənzil təminatı sahəsində maliyyə çatışmazlığı var

UN-Habitat-ın nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rola malik ola bilər

On illik dostluq – qardaşlıqdan müttəfiqliyə qədər

Qırğız nazir müavini: Yeni tip şəhərsalmada təcrübə mübadiləsi üçün WUF13 çox yaxşı platformadır

Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı

Uqanda nümayəndəsi: WUF13 faydalı platformadır

Azərbaycan Kamerunla yerli tikinti materiallarının istifadəsi sahəsində əməkdaşlıq qura bilər

Azərbaycan 35-ci Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

Bado Başu: WUF13 şəhərsalma sahəsində əməkdaşlığı gücləndirir

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

Maka Boçorişvili: Bakı yüksəksəviyyəli konfransa ev sahibliyi edir

Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib

Bu saata olan əsas xəbərlər

Cənubi Koreyada məktəblilər Azərbaycanın multikulturalizm dəyərləri barədə məlumatlandırılıb

MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir

Bakıda sutka ərazində düşən yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO

WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub

WUF13-ün ikinci günü – FOTOLAR

Nigeriya Şəhərsalma İnstitutunun milli katibi: Urbanizasiya müasir inkişafın əsas istiqamətlərindən biridir

WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək

® “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: Diaqnostika və müalicəyə müasir yanaşmalar” - Simpozium

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir - ŞƏRH

Hindistan WUF13-də ev kreditləri sahəsində təcrübəsini dünya ilə bölüşmək istəyir

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb VİDEO

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb VİDEO

Esvatini nümayəndəsi: Şəhərlərin formalaşdırılması zamanı ekoloji davamlılığın təmin olunması vacibdir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 26 fevral tarixli 21050000071 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Cibutili nümayəndə: Əlilliyi olan şəxslər üçün şəhərlərdə bütün lazımi şərait yaradılmalıdır

Kamerunun nümayəndəsi: WUF13 dayanıqlı şəhərlərin qurulmasına töhfə verir