Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 2,8 faiz artıb
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 128 milyon 548 min 800 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 2,8 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, istifadə olunmuş vəsaitin 27 milyon 544 min 300 manatı və ya 21,4 faizi məhsul istehsalı sahələrinə, 23 milyon 262 min 200 manatı və ya 18,1 faizi xidmət sahələrinə, 77 milyon 742 min 300 manatı və ya 60,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf edilib.
Əsas kapitala vəsait qoyuluşunun 108 milyon 230 min manatı və ya 84,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]