Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1 milyon 77 min manat güzəştli kredit verilib
Bakı, 30 iyul, AZƏRTAC
Cari ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 22 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar.
Fonddan AZƏRTAC-a bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 1 milyon 77 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:11]
Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb
- 16.10.2026 [12:03]
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
- 16.10.2026 [12:01]
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]