NAXÇIVANDA GÖMRÜKÇÜLƏRİN FUTZAL TURNİRİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin yaradılmasının 17-ci ildönümü münasibətilə keçirilmiş futzal turnirinə yekun vurulmuşdur.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilmiş yarışda Culfa Gömrük İdarəsinin “Culfa” komandası 4 görüşdə 10 xal toplayaraq çempion adını qazanmışdır. Naxçıvan MR Dövlət Gömrük Komitəsini təmsil edən “Komitə” komandası ikinci, ötən mövsümün çempionu “Sədərək” isə üçüncü yeri tutmuşlar.
Qaliblərin mükafatlandırılması mərasimində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov idmanın müxtəlif növləri üzrə keçirilən yarışların gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirini, onlarda qələbəyə inam və əzmkarlıq hisslərini artırdığını diqqətə çatdırmışdır.
“Culfa” komandasının oyunçuları turnirin kuboku ilə yanaşı, diplom və medallarla da təltif olunmuşlar. Bu komandanın hücumçusu Ramazan Ağayev rəqib qapılarına 8 top vuraraq, ən məhsuldar oyunçu adını qazanmış, diplom və futzal topu ilə mükafatlandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]