Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari il oktyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3862 ədəd olub. Bu ilin yanvar-sentyabr ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 294,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,1 milyon manat və ya 2 dəfə çoxdur.
İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-sentyabr aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 1 milyon manatdan çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]