Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda son 30 ilin ən böyük təhsil uğuru

Naxçıvan, 4 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində 2024–2025-ci tədris ili son 30 ilin ən uğurlu nəticələri ilə yadda qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması muxtar respublikada bütün sahələrin inkişafı üçün stimuldur. Dövlət Proqramında digər sahələr kimi, təhsilin inkişafı ilə də bağlı prioritetlər müəyyənləşdirilib. Proqramın icrası Naxçıvan təhsilində yeni bir mərhələnin başlanğıcını qoymaqla, təhsilin inkişafına öz töhfəsini verməkdədir.

Uğurlu nəticələr

Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 500–700 balarası nəticə göstərən 379 məzun qeydə alınıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. 2024–2025-ci tədris ilində ümumtəhsil məktəblərinin 473 məzunu, IX siniflər üzrə 196-sı, XI sinifləri üzrə isə 277-si fərqlənmə attestatına, 4 məzun isə qızıl və gümüş nişana layiq görülüb. Qeyd edək ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz Rayon Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmayılova, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlova qızıl nişana layiq görülən şagirdlər sırasında yer alıblar.

Cari tədris ilində Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərini 3956 məzun bitirib ki, bunlardan 2080-i oğlan, 1876-sı isə qızdır. Məzunların 3565-i, yəni 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, 1857 nəfər ilk seçim turunda tələbə adını qazanıb ki, bu da ötən tədris ilinin müvafiq dövrü ilə müqayisədə 104 nəfər çoxdur.

Ölkədaxili və beynəlxalq müstəvidə əldə olunan nailiyyətlər

Naxçıvan məktəbliləri beynəlxalq imtahan və müsabiqələrdə də parlaq nəticələr göstəriblər. Belə ki, ölkə üzrə təşkil olunan Bebras, Cerebry, Bilbacar, Hakaton, Respublika fənn müsabiqələrində, həmçinin Astronomiya, Lütfi Zadə, Hippo, Kenquru, Qərbi Azərbaycana Qayıdış, VII İngilis dili və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri və Yusif Məmmədəliyev adına kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya olimpiadalarında, ümumilikdə 56 şagird qalib olub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq IX-XI siniflər üçün buraxılış və blok imtahanı formatına uyğun 7 monitorinq təşkil olunub, monitorinqlərdə 30 minə yaxın şagird iştirak edib.

Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər.

Naxçıvanda ilk dəfə olaraq Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib olub, ümumilikdə isə 3 şagird Respublika Fənn Olimpiadasında medal qazanıb. Bir məktəbli V Azərbaycan Astronomiya Olimpiadasında qalib gəlib. Bununla yanaşı, Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar.

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Əliyeva SAT (ABŞ və digər xarici universitetlərə qəbul üçün keçirilən beynəlxalq imtahan) imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticəyə imza atan 1 faizlik tələbə siyahısına daxil olub. Həmçinin Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35 min namizəd arasından seçilərək, beynəlxalq FLEX proqramına qəbul edilərək ABŞ-da təhsil almaq imkanı qazanıb. Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov TECNEST təqaüdünə və CİSCO beynəlxalq təqaüd və sertifikatlarına layiq görülüb. Ümumilikdə, Naxçıvan məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə 56 medal əldə ediblər.

Müəllimlərin peşəkarlığının artırılması

2024-cü ildə ilk dəfə olaraq muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçirilib, 366 müəllimdən 153-ü 51 və daha yüksək, 2 müəllim isə maksimum nəticə – 60 bal toplamaqla yüksək nəticə göstərib. Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılaraq 174 namizəd məktəblərə və peşə təhsil müəssisələrinə təyin olunub. Nəticədə 123 namizəd ümumtəhsil məktəblərinə, 10 nəfər isə peşə təhsili müəssisələrinə, həmçinin 41-i müddətli müqavilə əsasında ümumtəhsil və peşə təhsil müəssisələrinə qəbul olunaraq ixtisasları üzrə təyinat alıblar. Naxçıvanda ilk dəfə İbtidai sinif müəllimlərinin və Riyaziyyat müəllimlərinin forumları təşkil olunub, tədbirlərdə ölkənin müxtəlif bölgələrindən 2500-ə yaxın pedaqoq iştirak edib.

Naxçıvanda ilk dəfə Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılıb.

Tədris yardımçı heyətin işə qəbul prosesi mərkəzləşmiş müsabiqə yolu ilə uğurla icra olunub.

Cari tədris ilində müəllimlərin bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və AzEdu Təhsil Portalı ilə birgə “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib. Naxçıvanda ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu və Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib. Forumlarda Naxçıvan Muxtar Respublikasından və ölkəmizin müxtəlif bölgələrini təmsil edən 2500-ə yaxın müəllim iştirak edib. Həmçinin məktəb psixoloqları üçün “Psixoloqların peşəkar bacarıqlarının inkişafı” və “Məktəb psixoloqunun fəaliyyətində süni intellektdən istifadə” mövzusunda təlimlər təşkil edilib.

Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının icrasına başlanılmış və “Müasir metodist” layihəsinə start verilib.

Muxtar respublikada təhsil müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyası 2024-2025-ci tədris ilində də davam etdirilib. İnteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb, növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma prosesinin də yekunlaşdırılması nəzərdə tutulub.

Təhsil infrastrukturunda yeniliklər

Dövlət Proqramına uyğun olaraq ümumtəhsil müəssisələrində 154 yeni STEAM otağı istifadəyə verilib. Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Dövlət Proqramı çərçivəsində ümumtəhsil müəssisələrində yeni tədris ilindən icmaəsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün işlər başa çatdırılıb.

2024-cü ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 236 yerlik STEAM Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb, burada CNC-3D texnologiyası, qrafiki dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, robototexnika, proqramlaşdırma və digər müasir sahələr üzrə dərnəklərə 200-dən çox şagird cəlb olunub. Peşə təhsilində islahatlar nəticəsində Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, 2024–2025-ci tədris ili üzrə 462 nəfər peşə təhsilinə qəbul olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO