İQTİSADİYYAT
Naxçıvanın Səhiyyə Nazirliyi ilə qabaqcıl standartların tətbiqi müzakirə olunub
Bakı, 13 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti arasında onlayn görüş keçirilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və səhiyyə sahəsində qabaqcıl standartların tətbiqi məsələləri müzakirə olunub.
Bundan əlavə, tərəflər mövcud əlaqələr, əməkdaşlıq perspektivləri, tibb sahəsində müasir tələblərə cavab verən yeni standartların hazırlanması və tətbiqinə dair fikir mübadiləsi həyata keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:31]
“Baku ID” innovasiya festivalına yekun vurulub
- 28.06.2024 [18:49]
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
- 28.06.2024 [18:29]
Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib
- 28.06.2024 [18:11]
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib
- 28.06.2024 [17:38]
Monteneqro-Azərbaycan biznes-forumu keçirilib
- 28.06.2024 [16:54]