Nazir Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkib
Bakı, 30 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustan rayonunda Aqrar Xidmətlər Agentliyinin Cəngi pestisidlər poliqonunun fəaliyyəti ilə tanış olub, Qobustan toxum emalı zavoduna, Şamaxı üzüm tingçilik mərkəzinə, Ucar pambıq emalı zavoduna baş çəkib, müəssisələrin fəaliyyəti ilə maraqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirə bu müəssisələrdə toxum emalı, ting istehsalı, pambığın ilkin emalı və mahlıc istehsalı barədə geniş məlumat verilib. Görüşlərdə müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması, istehsal gücünün artırılması istiqamətində fikir mübadiləsi aparılıb.