Nazir müavini: Vaqif Poeziya Günləri ildən-ilə daha da genişlənir
Ağdam, 17 iyul, AZƏRTAC
Vaqif Poeziya Günləri Azərbaycan mədəniyyətinin zəngin tarixinə malik mühüm ədəbi-mədəni hadisələrdən biridir. Beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə daha da genişlənir və əhatə dairəsini artırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə təşkil olunan “Sözün sabahı - Türk dünyasının gənc şairlər festivalı”nda çıxışı zamanı səsləndirib.
Festival iştirakçılarına uğurlar arzulayan nazir müavini Şuşanın Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irsinin cəmləşdiyi əsas məkanlardan biri olduğunu vurğulayıb. Fərid Cəfərov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir.
Müxbir - Fidan Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]