Nazir: Yeni Zelandiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
Kanberra, 24 avqust, AZƏRTAC
Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Kanberrada Yeni Zelandiyanın Baş nazirinin müavini, xarici işlər naziri Vinston Piterslə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət əsnasında iki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın Yeni Zelandiya ilə münasibətlərə xüsusi diqqət yetirdiyini qeyd edən E.Həbibzadə qarşılıqlı əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı şəkildə davam edəcəyinə əminliyini ifadə edib.
Yeni Zelandiyanın xarici işlər naziri də öz növbəsində ölkəsinin Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycan ilə Yeni Zelandiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olub. İki ölkə arasında ticarət dövriyyəsi son illər artmaqdadır.
Ölkəmizin Avstraliyanın paytaxtı Kanberrada yerləşən səfirliyi, eyni zamanda, Yeni Zelandiya və Ficidə də akkreditə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
- 02.10.2026 [10:53]
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [19:09]