NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Baş nazir bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı tarixi və böyük perspektivləri var. Aİ-nin əvəllki nümayəndəsi Heyki Talvitiyenin səlahiyyəti dövründə ikitərəfli münasibətlərlə bağlı bir çox məsələlər həll edilmişdir. Lakin ölkəmiz üçün başlıca məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, təəssüf ki, nəticələr əldə etmək mümkün olmamışdır.
Artur Rasizadə qonaqlara bu problem barədə məlumat verərək, demişdir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuş, təxminən bir milyon azərbaycanlı öz yurdundan didərgin düşərək, qaçqın-köçkünə çevrilmişdir. Erməni vandallar işğal olunmuş ərazilərdəki bütün infrastrukturu dağıtmışlar. Təəssüf ki, dünya birliyi bu vəhşiliklərə biganə qalmaqdadır.
Peter Semnebey səmimi görüşə görə təşəkkür edərək demişdir ki, Cənubi Qafqazdakı münaqişələrin həlli onun sədrliyi dövründə başlıca məsələ olacaqdır. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini, böyük karbohidrogen ehtiyatları olduğunu nəzərə alaraq, ölkənin regiondakı əhəmiyyətini vurğulayır.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunmuşdur.