Nazirlik: Birgə sahibkarlıq fəaliyyəti zamanı yalnız bir şəxs ƏDV qeydiyyatına alına bilər
Bakı, 27 fevral, AZƏRTAC
Üç və ya bir neçə şəxs birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu təqdirdə, bu fəaliyyətin uçotunu aparan şəxsdən başqa, digər şəxslər də ƏDV qeydiyyatına alınmaq üçün müraciət etməlidirlərmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 154.5-ci maddəsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. “Ayrıca şəxs” dedikdə, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. Beləliklə, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs qeydiyyata alınmaq üçün ərizə verməyə borclu olduğundan, digər iştirakçıların birgə sahibkarlıq məqsədləri üçün ƏDV qeydiyyatına alınmaq zərurəti yaranmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]