Neft və Qaz İnstitutunun əməkdaşları yaponiyalı həmkarları ilə tədqiqat aparacaqlar
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu ilə Yaponiyanın “JOGMEC” korporasiyası arasında elmi tədqiqat və çöl ekspedisiya işlərinin aparılması haqqında razılıq əldə edilib və müqavilə bağlanması nəzərdə tutulur.
Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar xarici həmkarları ilə mütəmadi olaraq onlayn rejimdə əlaqə saxlayırlar. Artıq müqavilə şərtlərinin müzakirəsi başa çatıb və tərəflər ümumi razılığa gəliblər. Müqavilə çərçivəsində nəzərdə tutulan nəzəri elmi tədqiqatlar davam etdirilir və çöl ekspedisiyalarının qrafiki müəyyənləşib. Qrafikə əsasən Şamaxı-Qobustan, Abşeron və Aşağı Kür neftli-qazlı rayonlarda yerləşən süxurların yer səthinə çıxışlarının tədqiqi və süxur nümunələrinin toplanması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]