NEFTÇALADA YENİ “RABİTƏ EVİ” İSTİFADƏYƏ VERİLMİŞDİR
Neftçala şəhərində yeni “Rabitə evi” istifadəyə verilmişdir. Rayon mərkəzində uzun müddət istifadəsiz qalıb yararsız hala düşmüş köhnə bina Rabitə Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir.
Açılış mərasimində Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, rayon icra hakimiyyətinin, Rabitə Nazirliyinin, sakinlərin nümayəndələri çıxış edərək, ölkəmizdə iqtisadi-sosial vəziyyətin getdikcə yaxşılaşmasından söhbət açmış, Neftçala camaatına göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mərasim iştirakçıları yeni “Rabitə evi” ilə tanış olmuş, əhalinin dünya standartlarına uyğun müxtəlif növ rabitə xidmətlərindən istifadə etməsinə şərait yaratmış rabitəçilərə təşəkkür etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]