NEPAL KRALI ÖLKƏDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN ETMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Nepal kralı Qyanendra ölkədə fövqəladə vəziyyət elan edərək, yeni nazirlər kabineti formalaşanadək hökumətin səlahiyyətlərini öz üzərinə götürmüşdür. Kral bu qərarını televiziya ilə xalqa müraciətində açıqlamışdır. O, baş nazir Şer Bahadur Deybanın başçılıq etdiyi hökuməti ölkədə sülhü bərpa edə bilməməkdə və aprelə nəzərdə tutulmuş parlament seçkilərinə hazırlaşmağa qadir olmamaqda təqsirləndirmişdir.
Hazırda sabiq baş nazir və buraxılmış kabinetin digər üzvləri ev dustağıdırlar. Hakimiyyət orqanları xarici aviasiya şirkətlərinin sərnişin təyyarələrinin Katmandu beynəlxalq hava limanında enməsinə qadağa qoymuşdur. Şəhər telefon şəbəkəsinin fəaliyyəti dayandırılmışdır. Gücləndirilmiş ordu və polis bölmələri şəhərdə keşik çəkirlər.
Analitiklərin fikrincə, baş nazir Deyba Nepal Kommunist Partiyasının liderləri ilə 2003-cü ildə dayandırılmış sülh danışıqlarını bərpa etməyi bacarmadığı üçün istefa verməli olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]