Azərbaycan Dövlət İnformasiya Agentliyi

NƏQLİYYAT NAZİRİ ZİYA MƏMMƏDOVUN ÇIXIŞI

NƏQLİYYAT NAZİRİ ZİYA MƏMMƏDOVUN ÇIXIŞI

- Zati-aliləri, möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Azərbaycan Respublikası iqtisadiyyatının yüksək templərlə inkişafını təmin edən davamlı sabitliyə, tərəqqiyə və yüksəlişə aparan uğurlu siyasətiniz bütün sahələrdə olduğu kimi, nəqliyyat-yol kompleksinin də inkişafı üçün böyük imkanlar yaratmışdır. Ulu öndər Heydər Əliyev ölkənin nəqliyyat infrastrukturunda avtomobil yollarının mühüm əhəmiyyət kəsb etdiyini daim qeyd edərək, bu sahənin inkişafına xüsusi önəm vermişdir. Ümummilli lider demişdir: “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz”.

Nəqliyyat xidmətlərinə artan tələbatın təmin edilməsi məqsədi ilə daha səmərəli nəqliyyat sisteminin yaradılmasına yönəldilmiş və cənab Prezident, Sizin sərəncamlarınızla təsdiq olunmuş proqramların yerinə yetirilməsi nazirliyin əsas fəaliyyət istiqaməti olmuşdur.

Qeyd etmək istərdim ki, ötən 4 il ərzində bu sahədə bir sıra problemlərin həllinə nail olunmuş, zəruri maddi-texniki baza formalaşdırılmış və bununla da hazırda görülən işlər üçün əsaslı zəmin yaradılmışdır.

Hazırkı təqdimatın ölkənin avtomobil yolları ilə bağlı olduğunu nəzərə alaraq, icazənizlə bu sahədə görülən işlər barədə məlumatları ali diqqətinizə təqdim edərdim.

Əvvəlcə fürsətdən istifadə edərək 22 fevral - Avtomobil Yol İşçilərinin peşə bayramı gününü təsis etdiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımızı ifadə edirəm, Sizə uzun ömür, cansağlığı və yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Respublikanın ümumi istifadədə olan avtomobil yollarının 22134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1684 kilometri beynəlxalq magistrallar, 2669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı 1201-dir.

Ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin sosial rifahının yaxşılaşması hər il Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinin sayının sürətli artımına səbəb olur. 2004-2007-ci illərdə ölkəyə 250 minə yaxın, təkcə 2007-ci ildə isə 83 mindən artıq avtomobil gətirilmişdir. Hazırda ölkəmizdə avtonəqliyyat vasitələrinin ümumi sayı 773 min ədəddir. Əgər 1998-ci ildə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 35 ədəd olmuşdursa, 2007-ci ildə bu rəqəm 71-ə çatmışdır.

Avtomobil yollarının tikilməsi, yenidən qurulması, təmiri və yolların cari saxlanmasının təmin edilməsi üçün ən əsas amil maliyyə məsələlərinin həllidir.

Uzun illər böyük çətinliklər yaradan bu problemlər, bu gün, cənab Prezident, Sizin birbaşa dəstəyiniz sayəsində öz həllini tapmışdır. 2006-cı il 12 oktyabr tarixli Sərəncamınızla dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” məqsədli büdcə fondunun yaradılması xüsusi önəm kəsb edir. Bunun nəticəsidir ki, 2 il ərzində avtomobil yollarının istismarı və saxlanması üçün ayrılmış vəsaitin həcmi 3 dəfə artmışdır. Əgər 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdısa, artıq 2007-ci ildə bu məbləğ 130 milyon manat olmuş, 2008-ci ildə isə 162 milyon manatdır. Yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2004-cü ildə 16,3 milyon manat olmuşdusa, 2007-ci ildə bu rəqəm 464 milyon manat təşkil etmiş, 2008-ci ildə isə 522 milyon manat məbləğində təsdiq olunmuşdur. Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yolları layihələri üzrə 2007-ci ildə 99,3 milyon dollar vəsait cəlb edilmişdir və 2008-ci ildə isə bu vəsaitin 250 milyon dollar olacağı gözlənilir. Əgər 2000-ci illərin əvvəllərində nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumları kiçik vəsaitləri belə çox ehtiyatla ayırırdılarsa, hazırda ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 milyard dollardan artıqdır.

Möhtərəm cənab Prezident, avtomobil yollarının tikilməsi və yenidən qurulması ilə yanaşı, yolların istismarı və cari saxlanmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq yol istismarı idarələrinin texniki imkanlarının artırılması məqsədi ilə Sizin sərəncamlarınız əsasında ayrılmış məqsədli vəsaitlər hesabına son 3 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 1967 ədəd müxtəlif təyinatlı yol texnikası və avadanlıq alınmışdır. 2004-2007-ci illər ərzində respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 3652 kilometr olmuşdur. Buraya yeni tikilən və bərpa olunan 1006 kilometr və təmir olunmuş 2446 kilometr yol aiddir. Bu dövrdə 35 yeni körpü tikilib istismara verilmişdir.

Beynəlxalq əhəmiyyətli magistral avtomobil yolları:

- Bakı-Ələt-Qazax dövlət sərhədi avtomobil yolu. Uzunluğu 503 kilometr. Birinci dərəcəli, 4 zolaqlı yol. Bu yolun layihələndirilməsinə və tikilməsinə 2000-ci ildə 2 zolaqlı yol kimi başlanılmışdır. Lakin yolun Hacıqabul-Qazax dövlət sərhədi hissəsinin 389 kilometri birinci dərəcəli, 4 zolaqlı olmaqla yenidən layihələndirilməsi və maliyyələşdirilməsi üzərində işlər aparılmışdır.

Bakı-Ələt avtomobil yolu. Uzunluğu 69 kilometr. Birinci dərəcəli, 4 zolaqlı yolun 14-cü kilometrə qədər olan hissəsinin yenidən qurulması daxili investisiya hesabına həyata keçirilir. Qalan 55 kilometrlik hissənin yenidən qurulması üçün “Bayerışe LandesBank” ilə danışıqlar yekunlaşır və bu işlərə başlanaraq 2010-cu ilin birinci yarısında başa çatdırılacaqdır.

Ələt-Hacıqabul yolu, 45,6 kilometr. Birinci dərəcəli, 4 zolaqlı yol 2004-cü ilin fevral ayında istifadəyə verilmişdir.

Hacıqabul-Kürdəmir yolu, 85,6 kilometr. Yolun 75 kilometrlik, 2 zolaqlı hissəsi 2007-ci ildə istismara verilmişdir. Yolun 11,6 kilometrlik Kürdəmir dairəvi hissəsinin tikintisi 2008-ci ilin iyun ayında başa çatdırılacaqdır.

Kürdəmir-Ucar yolu, 46,2 kilometr, 2 zolaqlı. Tikintisinə 2008-ci ilin iyun ayında başlanılacaq və 2009-cu ildə başa çatdırılacaqdır.

Ucar-Yevlax yolu, 53 kilometr, 2 zolaqlı. 2007-ci ilin aprel ayında tikinti işlərinə başlanılıb və 2009-cu ilin martında başa çatdırılacaqdır.

Yevlax-Gəncə yolu, 88,8 kilometr, 2 zolaqlı. Hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılır və yekunlaşdırıldıqdan sonra tikintiyə başlanılacaqdır.

Gəncə-Qazax yolu, 94 kilometr, 2 zolaqlı. Yol 2006-cı ilin noyabr ayında istismara verilmişdir. Uzunluğu 10,6 klometr olan Tovuz dairəvi yolunda tikinti işləri bu ilin oktyabr ayında başa çatdırılacaqdır.

Qazax dövlət sərhədi yolu, 38 kilometr, 2 zolaqlı. Tikintisi 2009-cu ilin birinci yarısında başa çatdırılacaqdır. Uzunluğu 398 kilometr olan Hacıqabul-Qazax dövlət sərhədi avtomobil yolunun əlavə 2 zolağının tikintisinin layihələndirilməsi, texniki-iqtisadi əsaslandırması və ekoloji qiymətləndirilməsi yekunlaşdırılmışdır.

Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu. Uzunluğu 198 kilometr, birinci dərəcəli, 4 zolaqlı. İstismara verilmə müddəti 2010-cu il. Yolun uzunluğu 134 kilometr olan Bakı-Gəndov hissəsinin tikintisinin 2008-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Layihənin dəyərinin bahalaşması ilə əlaqədar olaraq yolun qalan 64 kilometrlik hissəsi üçün çatışmayan maliyyə vəsaitinin mənbəyi müzakirə olunur. Ümumi uzunluğu 95 kilometr olan, 2 zolaqlı Xaçmaz-Quba və Gəndov-Quba-Qusar- Xudat avtomobil yollarının yenidən qurulması 2009-2011-ci illərdə başa çatdırılacaqdır.

Ələt-Astara dövlət sərhədi avtomobil yolu. Uzunluğu 195 kilometr. Birinci dərəcəli, 4 zolaqlı. İstismara verilmə müddəti 2010-cu il. Yolun Ələt-Masallı hissəsinin uzunluğu 136 kilometrdir. İlk 22 kilometrlik hissəsinin tikintisinin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur. Digər hissələrin tikintisinə başlanılması üçün lazımi tədbirlər görülür. Masallı-Astara hissəsi, uzunluğu 59 kilometr. Tikintiyə 2008-ci ilin oktyabr ayından başlanılacaqdır. 80 kilometr uzunluğunda Şorsulu-Biləsuvar-Cəlilabad-Masallı yolu, 2 zolaqlı. 2009-2010-cu illərdə bərpa olunacaqdır.

Eyni zamanda, ali diqqətinizə məruzə edirəm ki, avtomobil yollarının inkişaf strategiyası ilə bağlı aparılmış araşdırmaların nəticələrinə əsaslanaraq beynəlxalq əhəmiyyətli magistrallarda təmir və yenidənqurma işlərini davam etdirərək, 2 zolaqlı alternativ yol kimi saxlanılması, paralel olaraq bu istiqamətlərdə betonörtüklü, 4 zolaqlı yeni avtomobil magistrallarının tikilməsi təklif olunur.

Cənab Prezident, icazənizlə mən burada bir balaca açıqlama verərdim. 2 zolaqlı asfalt yolları bərpa olunur və bununla bərabər, buna paralel olaraq 4 zolaqlı yeni beton avtomobil yollarının avtoban tələblərinə uyğun surətdə qurulması təklif olunur. Bu, əslində bizə imkan verəcək ki, hazırda bir neçə lot çıxmaq şərti ilə bütün magistral yolları beynəlxalq kreditlər və daxili investisiya hesabına yenidən quraq. Yəni, bu ikizolaqlı yolları biz bərpa etməklə həm hərəkətin tez bir zamanda normal vəziyyətə keçilməsini təmin edirik və eyni zamanda təklif olunan yeni 4 avtoban betonörtüklü yolları çəkməklə Azərbaycanın uzunmüddətli avtomobil yolları strategiyası həll edilmiş olur.

Ötən dövr ərzində respublika əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri aparılmışdır.

Quba-İspik-Xınalıq yolu, 57 kilometr. Lənkəran-Lerik yolu, 50 kilometr. Masallı-Yardımlı yolu, 53 kilometr. Gəncə-Daşkəsən-Xoşbulaq yolu, 47 kilometr. Biləsuvar-İranla dövlət sərhədi yolu, 19 kilometr.

Eyni zamanda ümumi uzunluğu 140 kilometrdən artıq digər rayonlararası, rayondaxili avtomobil yolları da təmir olunmuşdur. Hazırda yerli əhəmiyyətli digər yollarda da işlər davam etdirilir.

Qusar-Əlik-Laza yolu 39 kilometr. İnşası 2009-cu ildə başa çatdırılacaqdır.

Şəmkir-Gədəbəy yolu, 45 kilometr. Tikintisi 2008-ci ildə başa çatdırılacaqdır.

Tovuz-Əlibəyli yolu, 18 kilometr. İnşası 2008-ci ildə başa çatdırılacaqdır.

Şamaxı-Pirqulu yolu, 25 kilometr. Tikintinin 2008-ci ildə tamamlanması nəzərdə tutulur.

İsmayıllı-Lahıc yolu, 19 kilometr. Yenidənqurma işlərinə 2008-ci ildə başlanılması və 2009-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolu, 124 kilometr, 2 zolaqlı. Tikinti işlərinə 2007-ci ilin iyun ayında başlanılıb və 2009-cu ilin iyulunda başa çatdırılması nəzərdə tutulur.

Muğanlı-İsmayıllı-Qəbələ-Şəki avtomobil yolu, 163 kilometr, 2 zolaqlı. Yolun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin uzunluğu 76 kilometr. Tikintisinə 2007-ci ildə başlanılıb və 2009-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda respublika əhəmiyyətli digər yolların beynəlxalq standartlara uyğun tikilməsi və bərpa olunması ölkənin avtomobil yolları şəbəkəsinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bununla bağlı olaraq aşağıdakı perspektiv layihələr müəyyənləşdirilmişdir:

Muğanlı-Yevlax yolu, 148 kilometr və Yevlax-Zaqatala-Balakən dövlət sərhədi yolu, 164 kilometr. Bu avtomobil yollarında tikinti işlərinə 2008-ci ildə başlanılacaq və 2011-ci ildə başa çatdırılacaqdır.

Şəki-Qax-Zaqatala avtomobil yolu, 67 kilometr, 2 zolaqlı. 2009-2010-cu illərdə yenidən qurulması nəzərdə tutulur.

Mingəçevir-Ağcabədi-Bəhrəmtəpə-Biləsuvar yolu, 2 zolaqlı, uzunluğu 228 kilometr. Tikinti işlərinə 2009-cu ildə başlanılması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Hacıqabul-Bəhramtəpə yolu, 2 zolaqlı, uzunluğu 69 kilometr. Tikinti işlərinə 2011-ci ildə başlanılması və 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Şamaxı-Quba avtomobil yolu yeni layihədir. Yəni Şamaxıdan Qubaya getmək üçün artıq Xırdalan dairəsinə gəlib şimala istiqamət götürmək lazım olmayacaqdır. Yeni yol birbaşa Şamaxıdan Qubaya, yəni Qonaqkənd istiqamətindən, Olimpiya Kompleksinin yanından mərkəzi yola birləşəcək və oradan da şimala və hətta Rusiya dövlət sərhədinə qədər hərəkət etməyə imkan verəcəkdir. Bu yolun uzunluğu 106 kilometr olacaqdır. Onun 2 və 4 zolaqlı olması nəzərdə tutulur. Hazırda layihə işləri yekunlaşdırılır. Layihəni Koreya şirkəti işləyir və bir neçə aydan sonra son variantı bizə təqdim edəcək və sonra ali diqqətinizə məruzə edəcəyik.

Tikintiyə 2009-cu ildə başlanılması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Koreya şirkətinin bizə verdiyi müddətdir, maliyyələşmə olduğu halda, iki il ərzində bu yolu çəkib istismara vermək mümkündür.

İkizolaqlı Şamaxı-Padar-Sabirabad (68 kilometr), Ağsu-Kürdəmir-İmişli-Bəhramtəpə (113 kilometr) və Əli Bayramlı-Salyan (43 kilometr) avtomobil yollarında layihələndirmə işləri aparılır. Bu yolların 2010-2013-cü illərdə yenidən qurulması nəzərdə tutulur.

2004-2007-ci illər ərzində regionlarda dövlət büdcəsi hesabına ümumi uzunluğu 1973 metr təşkil edən 35 körpü tikilərək istifadəyə verilmişdir. Hazırda 5 körpüdə tikinti işləri davam etdirilir. 2009-2012-ci illərdə isə respublikada daha 45 körpünün tikintisi və bərpası planlaşdırılır.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası olaraq, Bakının və şəhərətrafı avtomobil yollarının yenidən qurulması işləri davam etdirilmiş və eyni zamanda, bu bölgənin yol infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə əlavə təkliflər işlənib hazırlanmışdır:

Heydər Əliyev prospekti-Əzizbəyov dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolu - 20 kilometr, 8-12 zolaqlı, üzərində 4 yol ötürücüsü;

20 Yanvar dairəsi-Ziya Bünyadov prospekti-Əzizbəyov dairəsi avtomobil yolu - 11 kilometr, birbaşa bağlantı;

Azadlıq meydanı-Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolu - 31 kilometr, 6 zolaqlı, 19 kilometri betonörtüklü;

Heydər Əliyev adına beynəlxalq hava limanı-Mərdəkan dairəsi-Bilgəh-Nardaran-Pirşağı-Novxanı-Sumqayıt-Zeynalabdin Tağıyev qəsəbəsi avtomobil yolu - 73 kilometr, 6 zolaqlı;

Yeni Suraxanı dairəsi-Ramana-Zabrat-Mehdiabad-Binəqədi-Biləcəri-Lökbatan-18-ci kilometr, şəhərin mərkəzinə daxil olmadan iki istiqamətdə - Bakı-Quba və Bakı-Şamaxı yollarına çıxışı təmin edən avtomobil yolu - 22 kilometr. Bakı dairəvi-1 avtomobil yolunun tikintisinin 2009-cu ildə başa çatacağı gözlənilir, hazırda işlər davam etdirilir.

Zeynalabdin Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi dərin dövrələmə yolu - 40 kilometr. Biz bu daxili yolu bərpa edib yenidən qurmaqla, Bakı istiqamətinə nəqliyyat hərəkətinin qarşısını qismən alacağıq. Hazırda o istiqamətdə çoxlu daş karxanaları var və onlardan çıxarılan daşlar, demək olar ki, cənub və qərb bölgələrinə yalnız Bakı şəhərindən gəlib keçməklə daşınır ki, bu da problemlər yaradır. Ona görə bu yolun bərpası, yenidən qurulması vəziyyətə xeyli müsbət təsir göstərəcək;

Ramstor dairəsi-Babək prospekti-Zığ-Qala yoluna çıxış - 21 kilometr;

Bakı şəhərinin digər qəsəbə və kəndlərini birləşdirən yolların yenidən qurulması - 120 kilometr;

Cənab Prezident, Sizin Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 2007-ci il 22 fevral tarixli Sərəncamınızın icrası ilə əlaqədar 4784 kilometr yol - prospekt və küçə nazirliyin balansına verilmişdir.

Ötən müddət ərzində Bakı şəhərində 267 kilometr yolun asfalt örtüyü bərpa olunmuş, 45,3 milyon manatlıq iş həcmi yerinə yetirilmişdir. O cümlədən Dərnəgül qəsəbəsindən Binəqədi şosesinə birbaşa yeni avtomobil yolu tikilmişdir. 2006-2007-ci illərdə Xırdalan dairəsi-Binəqədi-Balaxanı və bu ətrafdakı əraziləri əhatə edən 43,9 kilometrlik avtomobil yolu təmir olunmuşdur.

Möhtərəm cənab Prezident, 2006-cı il 1 fevral tarixli Sərəncamınızla təsdiq edilmiş Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planında 9 körpünün və 13 piyada keçidinin tikilməsi planlaşdırılmışdır. Bu müddət ərzində bütövlükdə 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilmişdir. O cümlədən Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yol ötürücüsü; Ziya Bünyadov prospekti ilə Atatürk prospketinin kəsişməsində yol ötürücüsü; 20 Yanvar dairəsində yol ötürücüsü; Tbilisi prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tunel tipli yol ötürücüsü; Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol ötürücüsündə uzunluğu 290 metr olan körpü istifadəyə verilmişdir və tunelin tikinti işləri davam etdirilir; Cavadxan küçəsi ilə Alı Mustafayev küçəsinin kəsişməsində 3-cü mikrorayon dairəsi yol ötürücüsü. Tikintisi davam etdirilən yol ötürücüləri: Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində - Əzizbəyov dairəsində, Babək prospektinin Mikayıl Əliyev və Məhəmməd Hadi küçələri ilə kəsişməsində, “Xalqlar dostluğu” metro stansiyası yaxınlığında, “Excelsior” mehmanxanası dairəsində. Bu 3 yol ötürücüsü və Azadlıq prospektində tikilən tunel bu ilin sonunda istismara veriləcəkdir.

İstifadəyə verilmiş piyada keçidləri: Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsi; Səməd Vurğun və Nizami küçələrinin kəsişməsi; Səməd Vurğun küçəsi, “Təzə bazar”ın qarşısı; Bülbül prospekti və Nizami küçəsinin kəsişməsi; Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsi; Heydər Əliyev prospektində yerüstü keçid. Qeyd olunan bütün yol ötürücüləri və piyada keçidlərinin inşası beynəlxalq norma və standartlara uyğun olaraq aparılmışdır.

Görülən işlərə kompleks yanaşmanın zəruriliyini və ardıcıllığın saxlanılmasını nəzərə alaraq, əsas və yardımçı yollarda rahat və maneəsiz bağlantıların təmin edilməsi məqsədi ilə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2011-ci illər üçün əlavə tədbirlər planının layihəsi hazırlanmışdır və icazənizlə, onu ali diqqətinizə təqdim edim.

Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yol qovşağı - eni 24 metr, uzunluğu 620 metr olan tunelin yanaşmalarla birgə uzunluğu 1110 metrdir. Eni 10,5 metr, hündürlüyü 5 metr olan körpünün yanaşmalarla uzunluğu 850 metrdir.

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yol qovşağı - hündürlüyü 5 metr, uzunluğu 200 metr olan tunelin keçid girişləri ilə birlikdə ümumi uzunluğu 880 metrdir. Bunu tikməklə biz Heydər Əliyev prospektində aeroport istiqamətinə birbaşa, maneəsiz, yəni heç bir işıqfor olmadan hərəkəti təmin edəcəyik.

Heydər Əliyev prospektində dəmir yolu xəttinin altından keçən yol ötürücüsünün yenidən qurulması - mövcud tağşəkilli körpünün sağ və sol tərəflərində hər birinin eni 13 metr olmaqla, yan yollar üçün tağlı körpü tikilməsi təklif edilir.Yeni keçidlərin uzunluğu 900 metrdir.

Bakıxanov küçəsi boyunca Rəşid Behbudov küçəsindən Tbilisi prospektinədək məsafəni birləşdirən birtərəfli ikizolaqlı yol ötürücüsü - eni 11,7 metr olan körpünün hündürlüyü 6 metrdir. Yolun körpü ilə birlikdə eni 21 metr nəzərdə tutulur. Bu körpü Bakıxanov küçəsi boyunca dayaqları yolun ayırıcı zolağında yerləşməklə, 6 yol kəsişməsi problemini eyni zamanda həll edir. Körpünün yanaşmalarla birgə uzunluğu 1 kilometr 900 metrdir.

Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində tunel tipli yol qovşağı - yanaşmalarla birlikdə uzunluğu 1100 metrdir. Tunelin uzunluğu 300 metr, eni 23,5 metr, hündürlüyü 5 metrdir, hərəkət zolaqlarının sayı 4 olacaqdır.

Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağı - yanaşmalarla birlikdə körpü keçidinin uzunluğu 1050 metrdir. Körpünün uzunluğu isə 330 metr, eni 11,7 metr, hündürlüyü 5 metrdir. Tunellərlə biristiqamətli, ikizolaqlı hərəkət nəzərdə tutulur. Hər birinin eni 13,5 metr olan tunellərin yanaşmalarla birlikdə ümumi uzunluğu 2900 metr, hündürlüyü 5 metrdir.

Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol qovşağı - hərəkət zolaqlarının sayı 4 olan körpü keçidinin yanaşmalarla birlikdə uzunluğu 950 metrdir. Körpünün uzunluğu isə 310 metr, eni 23,4 metr, hündürlüyü 5 metrdir.

Xocasən qəsəbəsində dəmir yolu ilə avtomobil yolunun kəsişməsində layihələndirilməsi nəzərdə tutulan körpü. Cənab Prezident, bu da çox vacib layihələrdən biridir. Çünki hazırda biz Xocasən yolunda yenidənqurma işləri aparırıq. Mövcud ikizolaqlı yolu dördzolaqlıya çeviririk. Oradan çox sayda qatarlar keçir və avtomobil nəqliyyatı ilə toqquşmalar baş verir, qəzalar törədilir. Nəticədə həm insan tələfatı olur, həm dəmir yolunda, həm də avtomobil nəqliyyatında böyük ləngimələr əmələ gətirir. Ona görə bu körpünün tikintisi gələcəkdə nəzərdə tutulan işlərin səmərəliliyinin artırılması baxımından önəmli sayıla bilər. Körpünün yanaşmalarla birlikdə uzunluğu 70, eni 47 metrdir. Hərəkət zolaqlarının sayı 8-dir. Bunun 4-ü sürətli, 4-ü isə yerli hərəkət üçün nəzərdə tutulur.

Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindəki yol qovşağında körpünün hündürlüyü 5 metr, eni 23,4 metr, uzunluğu 350 metrdir və dördzolaqlı hərəkət üçün nəzərdə tutulur. Körpü keçidinin yanaşmalarla birlikdə uzunluğu 780 metrdir.

Azadlıq meydanı-Zığ dairəsi yolunda, Əhmədli və Günəşli yaşayış massivlərinə gedən yolayırıcında yol qovşağı - ümumi uzunluğu 690 metr, o cümlədən körpünün uzunluğu 300 metr, eni 23,4 metr, hündürlüyü 5 metr, hərəkət zolağının sayı 4-dür.

Azadlıq meydanı-Zığ dairəsi yolunda Naxçıvanski adına hərbi lisey yaxınlığında tunel tipli yol qovşağı - tunelin istinad divarı ilə birlikdə uzunluğu 630 metr, eni 26 metr, hündürlüyü 5 metr, hərəkət zolağının sayı 4-dür. Qovşağın tikilməsi Əhmədli və Günəşli istiqamətində, habelə yolboyu nəqliyyatın maneəsiz hərəkətini təmin edəcəkdir.

Koroğlu Rəhimov, Fətəli xan Xoyski küçələrinin kəsişməsində tunelin və “Yeganə” şadlıq sarayının yaxınlığında yol ötürücüsünün tikilməsi bu ərazidə hərəkəti asanlaşdıracaq, piyadaların və nəqliyyatın təhlükəsiz hərəkətini təmin edəcəkdir.

Bakı-Astara yolunun 4-7-ci kilometrliyində, Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun köçürülməklə yenidən qurulması. Bu yolda birtərəfli hərəkət tətbiq olunubdur. Yolun uzunluğu 3,5 kilometr, hərəkət zolağı dördcərgəlidir.

Azadlıq meydanını Zığ dairəsi ilə birləşdirən 12 kilometrlik mövcud Zığ şosesinin səkkizcərgəli hərəkət üçün sürət zolaqları tətbiq etməklə yenidən qurulması. Yol boyu piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün layihəyə altı ədəd yerüstü piyada keçidinin tikilməsi daxil edilmişdir.

Heydər Əliyev hava limanı-Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolunun 3+3 prinsipi ilə altıcərgəli hərəkət üçün yenidən qurulması hər iki istiqamətdə nəqliyyatın hərəkətini asanlaşdıracaqdır.

Fətəli xan Xoyski prospektini Dərnəgül şosesinə birbaşa birləşdirən 7 kilometrlik altıcərgəli sürət zolaqlı yolun tikilməsi ilə Gənclik meydanından Əzizbəyov dairəsinədək yeni hərəkət istiqaməti yaranır.

Babək prospektindən Qaraçuxur qəsəbəsinə girişlərlə uzunluğu 1800 metr, öz uzunluğu 780 metr olan yeni konstruksiyalı körpünün tikilib istifadəyə verilməsi ilə Ramstor dairəsindən başlamaqla, altıcərgəli avtomobil yolu vasitəsilə şəhərin mərkəzini hava limanına birləşdirən alternativ yol alınır. Beləliklə, biri digərindən asılı olmayaraq, şəhərin mərkəzini Heydər Əliyev adına beynəlxalq hava limanı ilə və ətraf qəsəbələrlə birbaşa birləşdirən üç sərbəst avtomobil yolunun formalaşdırılması başa çatır.

Biləcəri enişindəki “LUKoyl” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində, 9-cu mikrorayon yolayırıcını Biləcəri enişinə birbaşa birləşdirən 1 kilometrlik dördcərgəli avtomobil yolunun tikilməsi ilə Binəqədi, Novxanı, Mehdiabad və digər yaşayış məntəqələri istiqamətində Tbilisi prospektinə alternativ yeni avtomobil yolu yaradılır. Bu, eyni zamanda, Tbilisi prospektində nəqliyyatın sıxlığını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Xırdalan dairəsi yaxınlığında, şimal istiqamətində dəmir yolu xəttinin altından keçən mövcud köhnə tunelin əvəzində yeni altıcərgəli tunelin tikilməsi Biləcəri, Binəqədi qəsəbələrinin və Bakının şimalında yerləşən digər yaşayış məntəqələrinin nəqliyyat təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

Vaqif prospektini Ramstor dairəsi ilə birləşdirən 2,6 kilometrlik dördcərgəli yolun tikilməsi Qələbə meydanından Heydər Əliyev və Babək prospektlərinə birbaşa çıxışı təmin edəcək, digər paralel küçə və prospektlərdə nəqliyyatın sıxlığını aradan qaldıracaqdır.

Məhəmmədli, Zabrat, Sabunçu qəsəbələrinin yanından keçməklə Nardaran qəsəbəsini yeni tikilən Sabunçu yol qovşağı ilə birbaşa birləşdirən 18 kilometrlik, dördcərgəli, sürət zolaqlı avtomobil yolunun tikilməsi yarımadanın şimal hissəsində yerləşən yaşayış məntəqələrini Sabunçu dairəsində dairəvi avtomobil yolları ilə birbaşa birləşdirmək imkanı yaradır.

2008-ci ildə müasir tipli 10 piyada keçidinin tikilməsi də təklif olunur. Tədbirlər planı çərçivəsində şəhərin mərkəzi hissəsində, o cümlədən Füzuli meydanında, dəmir yolu vağzalı meydanında, Səməd Vurğun bağının qarşısındakı meydanda, 9 Yanvar bağının ərazisində, Tofiq Bəhramov adına stadionun qarşısında, 8-ci Kilometr və 3-cü mikrorayon bazarlarının ərazisində və digər yerlərdə çoxmərtəbəli avtomobil dayanacaqlarının tikilməsi təklif edilir. Ümumilikdə, 2008-2011-ci illərdə Bakı şəhərində 30 piyada keçidinin, 14 yol qovşağının, 7 çoxmərtəbəli avtomobil dayanacağının və 96 kilometr uzunluğunda avtomobil yolunun tikilməsi təklif olunur.

Möhtərəm cənab Prezident, Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılmasında yol ötürücülərinin, yeni yolların inşası ilə yanaşı, hərəkət prosesinin təkmilləşdirilməsində böyük əhəmiyyəti olan digər tədbirlərin də həyata keçirilməsi olduqca vacibdir. Bakı şəhərində nəqliyyatın hərəkətinin intellektual idarə edilməsi sisteminin yaradılması haqqında 2007-ci il 26 oktyabr tarixli Sərəncamınızın icrası olaraq, müvafiq işlər görülmüşdür. Koreyalı mütəxəssislərlə birlikdə tədqiqat işləri aparılmış, paytaxtda bu sistemin əhatə dairəsi müəyyənləşdirilmiş və tələb olunan avadanlıqların sayı dəqiqləşdirilmişdir. Hazırda layihələndirmə işləri yekunlaşdırılır və layihə 2008-2010-cu illərdə həyata keçiriləcəkdir. Yol-tikinti təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsi istehsal prosesinin avadanlıqlaşdırılmasına və tikintidə yüksək texnologiyaların tətbiqinə geniş imkanlar yaradır. Hazırda Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı istiqamətində bir çox ölkələrdə istifadə edilən betonörtüklü yol salınması texnologiyası tətbiq edilir.

Möhtərəm cənab Prezident, icazə verin, Sizi bir daha əmin edək ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bütün inkanlarımızı səfərbər edəcəyik. Diqqətinizə görə minnətdaram.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu