Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustan şəhərində vətəndaşlarla görüşəcək
Bakı, 27 mart, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 30-da saat 11:30-da Qobustan şəhərində vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlar “[email protected]" elektron poçt ünvanı, 1655 saylı “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlar Qobustan rayonunda (020) 2452330, Şamaxı rayonunda (020) 2651307, Ağsu rayonunda (020) 2262875, İsmayıllı rayonunda (020) 2854444 nömrəli telefonlara zəng edə bilərlər.