Nərimanov və Nəsimidə oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 28 aprel, AZƏRTAC
Nərimanov rayonu ərazisində “Toyota” markalı avtomobildən 3300 manat dəyərində səsboğucunun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis idarəsi 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əfqan Dünyamalıyev və Zaur Mədətzadə saxlanılıb, bir nəfərin şəxsiyyəti müəyyən olunub.
Nəsimi rayonu ərazisindəki mağazadan isə 517 manat pul və 4320 manat dəyərində ətrin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Hər iki cinayət hadisəsi ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]