Nəsimi rayonundakı 35 nömrəli orta məktəb üçün yeni korpus tikiləcək
Bakı, 15 may, AZƏRTAC
Nəsimi rayonundakı 35 nömrəli orta məktəbin köhnə korpusu söküləcək və yeni korpus tikiləcək.
AZƏRTAC xəbər verir ki, bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 may tarixli Sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən paytaxtımızda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrılıb. Bu vəsaitdən 1 milyon 320 min manat Nəsimi rayonundakı 35 nömrəli orta məktəbdə yeni korpusun tikintisi üçün nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]