Nəsiminin 650 illik yubileyinə həsr olunmuş qəzəl müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi ilə Suraxanı rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialının birgə təşkilatçılığı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş qəzəl müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Zığ qəsəbəsindəki Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə müsabiqədə I, II və III yerin sahiblərinə diplomlar təqdim edilib.