Niderland parlamentinə seçkilərdə ifrat sağçılar qələbə qazanıb
Haaqa, 23 noyabr, AZƏRTAC
Niderland Krallığında parlament seçkilərində ultra-sağçı partiya liderlik edir.
AZƏRTAC xəbər verir ki, Niderlandda hökumət koalisiyasının iflasından sonra keçirilən növbədənkənar parlament seçkilərində ifrat sağçı və islamofob Geert Wildersin Azadlıq Partiyası (PVV) qələbə qazanıb. İlkin nəticələrə görə, PVV 35, solçu alyansı 26, mərkəz sağçılar isə 23 mandata sahib olub.
İfrat sağçıların qələbəsi Niderlandda siyasi zəlzələ effekti yaradıb. Bunun sağa dönüş olduğu və Brüsseli də təşvişə salacağı bildirilir. Antiimmiqrasiya mövqeli Geert Wildersin sərhədlərin bağlanması, qeyri-qanuni mühacirlərin deportasiyası ilə bağlı mesajları cəmiyyətdə rezonans doğurub.
Ancaq Geert Wildersin hökumət koalisiyası qurmağa nail olacağı sual altındadır. Çünki digər üç partiyanın liderləri PVV ilə koalisiyada iştirak etməyəcəklərini bildiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]