Niderlandın böyük şəhərlərində Azərbaycan bayrağı dalğalanıb
Haaqa, 28 may, AZƏRTAC
Niderlandın 4 böyük şəhər mərkəzlərində və insanların kütləvi toplaşdığı məkanlarda Azərbaycanın 28 May - Respublika Günü münasibətilə böyük ekranlarda ölkəmiz haqqında məlumat və videoçarxlar nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May-Respublika Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağı Niderlandın böyük şəhərlərinin mərkəzlərində böyük elektron ekranlarda və küçələrdəki bildbordlarda dalğalanıb.
Haaqa, Rotterdam, Amsterdam, Utrix kimi şəhərlərində yüz minlərlə insanlar Azərbaycanın üçrəngli bayrağını, eləcə də ölkəmizlə bağlı məlumatlarla tanış olublar. Elektron ekranlarda bir həftə ərazində Azərbaycan bayrağı dalğalanacaq və ölkə ilə bağlı məlumatlar təşviq ediləcəkdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa