NİGERİYA LİBERİYANIN KEÇMİŞ PREZİDENTİNİ ÖZ ÖLKƏSİNƏ QAYTARACAQDIR
Nigeriyanın Prezidenti Olusequn Obasanco Liberiyanın Prezidenti Ellen Conson-Serlifə bildirmişdir ki, Liberiya hökuməti keçmiş Prezidenti cinayət məsuliyyətinə maneəsiz cəlb edə bilər.
Ç.Teylor 2003-cü ildə dövlət başçısı səlahiyyətlərindən imtina edərək üsyançıların tutduğu Monroviyanı tərk etmiş və Nigeriyadan siyasi sığınacaq istəmişdir. BMT-nin Syerra-Leonda keçirilmiş xüsusi məhkəməsi ona qarşı ittiham irəli sürmüşdür. Ç.Teylor dinc vətəndaşlara qarşı qəddarlıqları ilə seçilən Birləşmiş İnqilab Cəbhəsinin üsyançılarını silahlandırmaqda təqsirli bilinir.
BMT Təhlükəsizlik Şurasının 2004-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, bütün ölkələr Teylorun və onun tərəfdarlarının maliyyə aktivlərinin və əmlakının başını bağlamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]