Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb
Qahirə, 11 may, AZƏRTAC
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 30 nəfər həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, silahlılar bölgədə mühüm yol qovşaqlarından birində hərəkət edən sərnişinlərə pusqu quraraq onlara atəş açıblar. Hücumun hansı qrup tərəfindən törədildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Nigeriyanın şimal-qərb və mərkəzi bölgələri son illər silahlı qruplaşmaların hücumları səbəbindən ciddi təhlükəsizlik problemləri ilə üzləşir. Həmin qruplar adam oğurluğu və talançılıqla məşğul olur, mülkiləri qətl edirlər. Təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatlarına baxmayaraq, bölgədə zorakılıq halları davam edir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]