İDMAN
Nikita Mazepin Silverstounda “Fors İndia” ilə testlər keçirəcək
Bakı, 4 iyul, AZƏRTAC
Rusiyalı yürüşçü Nikita Mazepin Britaniya Qran-prisi yarışlarından sonra Silverstounda keçiriləcək testlərdə “Formula-1” bolidində debüt edəcək.
AZƏRTAC xəbər verir ki, 17 yaşlı yürüşçü bu ilin fevralında inkişaf üzrə pilot yerini aldığı “Fors İndia” avtomobilini sınaqdan çıxaracaq.
N.Mazepin deyib: “Mənə Silverstounda “VJM09”-u test etmək imkanı verildiyi üçün çox minnətdaram. Şübhəsiz, bu, karyeramda ən mühüm an olacaq. Həyatım boyu bunu arzulamışam. Komandaya qoşulmağımdan bir neçə ay keçib və mən bu fürsətdən istifadə etməyə hazır olduğumu hiss edirəm. Bilirəm ki, bu, komanda üçün vacib testlərdir və mənə ümid bağlayırlar. Odur ki, var gücümlə çalışacağam”.