Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvi cənublu qələm sahiblərinin gözü ilə

Nizami Gəncəvi cənublu qələm sahiblərinin gözü ilə

Bakı, 7 fevral, AZƏRTAC

Cənubi Azərbaycan şairlərinin Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Cürzəddin Həbibi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Məhəmməd Hadi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi dünyaşöhrətli söz ustadlarımızı öz əsərlərində tərənnüm edib o taylı oxuculara yaxından tanıtdırması klassiklərimizə, onların irsinə olan böyük məhəbbətin təzahürüdür. Yaradıcılığı başdan-başa Vətən, xalq, azadlıq və istiqlaliyyətin tərənnümündən ibarət olan Mir Mehdi Çavuşi “Azərbaycan” şeirində Azərbaycanın Xaqani, Nizami, Füzuli, Sabir kimi şairləri ilə iftixar edir və onların yolundan ayrılmayacağına and içir. O taylı-bu taylı Azərbaycan şairi Əli Tudə deyir ki, “Ölkə var yalnız bir dahisi var və onunla da fəxr edir. Azərbaycan isə dünyaşöhrətli fəxr ediləsi neçə-neçə dahi yetişdirib”.

Azərbaycan ədəbiyyatı sahəsində böyük əzmlə yazıb-yaradan bir şəxsiyyət kimi tanınan Yəhya Şeyda yazır: “Nizami, Nəsimi, Füzuli, Vaqif, Seyid Əzim, Sabir Azərbaycan ədəbiyyatının parlaq kökünün ən dirəxşan ulduzlarındandır. Onların əsərləri Avropa şərqşünaslarının ağzını təhsin və təəccüblə açmışdır”.

Bu fikirlər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyevanın “Dünya poeziyasının iftixarı Nizami Gəncəvi cənublu qələm sahiblərinin gözü ilə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni ixtisarla təqdim edir.

Uzun illər bəzi müəlliflər Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fars dilində yazdığı üçün azərbaycanlı olması məsələsinə şübhə ilə yanaşmışlar. Tehranda çıxan “Ayəndə” məcmuəsinin 9-10-cu sayı haqqında və məcmuə redaktoru barədə yazılmış “Dostum sənə deyirəm” (“Azərbaycan”, Təbriz, 1945, № 22) adlı məqalədən aşağıdakı parçanı nəzərdən keçirək:

“…Əvvəla Nizami haqqındakı məqaləni doktor üçün aydınlaşdırmaq istəyirik.

Ağayi-doktor Əfşar! Bəli, Nizami Gəncəvi azərbaycanlıdır və azərbaycanlıların milli iftixarıdır. Siz soruşa bilərsiniz nə dəlil ilə? Heç vəchlə inkar edə bilməyəcəyiniz dəlillərimizdən birisi azərbaycanlı kimi tanımaq istəmədiyiniz Nizaminin “Leyli və Məcnun” dastanını alın və diqqətlə oxuyun.

Səkkiz yüz il bundan qabaq, yəni hələ monqolların ayaqları bu yerlərə çıxmayan zaman yazılmış bu beytlərin mənası bilirsinizmi nədir? Əgər onları sadə və adi ana dilimizə, yəni Azərbaycan dilinə çevirsən mənası belə çıxır: “Mən Nizami, əsərlərimi Azərbaycan dilində yazmaq istəyirdim, amma Şirvanşahlar qoymadılar... O dil bizə yaraşmır, bizim üçün fars dili xoşdur. Ona görə də sən əsərlərini fars dilində yazmalısan”.

Müəllif burada Nizami Gəncəvinin farsdilli Azərbaycan şairi olduğunu bir daha bəyan edir.

Xalq şairi Səməd Vurğun “Azərbaycan sovet ədəbiyyatı və Nizami”, “Nizami irsi və müasir dövrümüz” başlıqlı məruzələrində, “Böyük Azərbaycan şairi”, “Dahi Azərbaycan şairi” sərlövhəli məqalələrində Nizami Gəncəvinin və onun müasirlərinin, o zaman azərbaycanlılar üzərində ağalıq edən İran əsarətçilərinin, İran irticaçılarının dilində yazmağa məcbur edilmələrindən, canı, qanı, bütün ömrü ilə doğma xalqına bağlı olan Nizaminin buna qarşı böyük etiraz səsi ucaltmasından, bu etirazda Azərbaycan xalqının dilini, mədəniyyət və ədəbiyyatını sıxışdıranlara, onu öz hakim dili ilə əvəz edənlərə qarşı sönməz bir kinin olmasından söz açır. O, 1946-cı ildə İran mürtəcelərinin Azərbaycan dilində yazılmış kitab və risalələri yandırmaqla “Böyük sələflərimizin, Nizami, Xaqani, Fələki, Məhsəti və bir çox başqalarının çəkdiyi mili faciə və bəşəri iztirablarını bir daha hafizəmizdə işıqlandırırlar” fikrini irəli sürür.

Cənubi Azərbaycanda inqilabi hərəkatın görkəmli nümayəndəsi, publisist Seyid Cəfər Pişəvəri də “Qızıl səhifələr” məqaləsində yazır: “Farslar bəzi Azərbaycan şairlərinin farsca şeir yazdıqlarını bizim fars olduğumuza dəlil göstərirlər. Bu gülünc bir işdir. Əgər bu iddianı qəbul etmiş olsaq, bütün iranlıların ərəb olduğunu qəbul etməliyik. Nizami fars deyil, xalis azərbaycanlı imiş, O, Gəncədə doğulub orada vəfat etmişdir. “Xəmsə”nin təsvir etdiyi dağlar, dərələr, çəmənlər və Nizaminin şeirini təzyin edən güllər, çiçəklər hamısı gözəl Azərbaycan mühitinin məhsuludur. Mütəssifanə o vaxt saraylarda fars ədəbiyyatına qiymət verildiyi üçün Azərbaycan şairi öz şeirlərini o dildə yazmaq məcburiyyətində qalmışdır. Nizaminin farsca şeir yazması Kəsrəvinin özünəməxsus fars dili vücudə gətirməsi və mənim “Ajir” ruznaməsi vasitəsilə yaratdığım fars şivəsinə oxşayan bir hadisədir”.

Nizami Gəncəvinin dünyaşöhrətli azərbaycanlı sənətkar olması və hər yerdə sevilməsi faktı Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaranması, təşəkkülü və inkişafı sahəsində misilsiz xidmətləri ilə diqqəti cəlb edən Balaş Azəroğlunun da “Nizami Gəncəvi” adlı poemasında təqdim edilir. Nizami Gəncəviyə olan bəşəri məhəbbət Balaş Azəroğlunun 1945-ci ildə Bakıdan qayıtdıqdan sonra “Bakı səfəri” adlı məşhur poemasında da vurğulanır.

Gəncədə olarkən böyük Nizaminin məzarı qarşısında söylədiyi “Gəlmişəm” şeirində “Gəncə kimi laləzara” gəlməsinə sevinməklə bərabər Nizami ilə bir dövrdə yaşamamasına heyifsilənən Məhəmməd Biriya da ona olan böyük sevgisindən söz açır:

Təbrizli Əhməd Azərlu isə “Xəmsə Çikaqoda” adlı məqaləsində 1975-ci ildə Çikaqoda olarkən çoxdandır ki, bir azərbaycanlı tapıb onunla söhbət etmək istəyən Azərbaycan, türk və fars dillərinin tədqiqatçısı şərqşünas alim Tumasla rastlaşmasından söhbət açır. Deyir ki, Tumas onu evinə dəvət etdi. Alim şəxsi kitabxanasında olan dəmir daxılı açıb qoz ağacından düzəldilmiş, üzəri oyma naxışlı qutunu çıxartdı. Qutunun üzərində oyma şəklində belə yazılmışdı: “Nizami”. Bunu gördükdə qutunun içində nə olduğunu başa düşdüm. O, qutunu açıb içindən qara dərili cildi olan bir kitab çıxardı. Kitabın cildi üzərində qabarmış şəkildə naxışlar və ərəb əlifbası ilə “Nizami” və “Xəmsə” sözü yazılmışdı. Kitabın bir neçə miniatürü və haşiyəsi zəfəran rəngilə naxışlanmışdı. Bu kitab Səfəvilər dövründə şah Təhmasib zamanında İranın Qəzvin şəhərində yazılmışdı. Qaradərili alim Tumas dedi: “Çox-çox əvvəl bir ingilis bu kitabı İrandan alıb Londona gətirmişdir. Kitab əldən-ələ keçib, nəhayət mən bunu böyük bir qiymətə almışam. Bu gün bu, mənim kitabxanamın bəzəyi və çox sevdiyim kitabdır. Qoy bütün dünya xalqları bu böyük əsərlə (“Xəmsə”) Nizaminin kim olduğunu bilib tanısınlar; bugünkü ikiyə bölünmüş Azərbaycan xalqını və onun zəngin dilini və ədəbiyyatını tanıyıb bu xalqa “Əhsən” desinlər ki, belə bir Nizami bu xalqın içindən çıxıb bu xalqa məxsusdur!”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər