Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Muzeyində virtual açıq qapı günü keçirilib

Bakı, 18 may, AZƏRTAC 

Bu il 80 illik yubileyini bayram edəcək Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi artıq iki aydır davam edən “Nizami muzeyində sizinlə” layihəsinin növbəti mərhələsini təqdim edib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, cari təqdimat 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunub.

1977-ci ildən etibarən mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da muzeylər həmin günü açıq qapı təşkil edir. Həm yerli, həm xarici qonaqlar muzeyləri biletsiz ziyarət edə bilir. Lakin bu il mayın 18-i koronavirusun yayılması ilə əlaqədar karatin dövrünə təsadüf etdiyindən digər muzeylər kimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də “Açıq qapı günü”nü ənənəvi şəkildə keçirmək imkanından məhrum olub. Mövcud vəziyyətə uyğun olaraq “Muzeydə açıq qapı günü” orijinal bir şəkildə keçirilib. Muzey əməkdaşları virtual açıq qapı layihəsini bir ilk olaraq tətbiq etdilər. Məhz mayın 18-də bir sıra sosial şəbəkələrdə, muzeyin rəsmi vebsaytında və “YouTube” kanalında nümayiş etdirilən videoçarxda ilk növbədə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov muzeylərin insanların həyatındakı əhəmiyyətindən, xalqların tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsində bu qəbil sənət ocaqlarının rolundan danışıb. Akademik qeyd edib ki, muzey yaddaş, tarix, mənəviyyat deməkdir. Hər bir xalqın tarix içərisində inamla irəliləyə bilməsi üçün onun arxada qalan tarixini, uluların yaratdığı zəngin mənəvi irsi yaxşı bilməsi vacibdir. Nizami muzeyi Azərbaycan xalqının 3 min ildən artıq bir dövrü əhatə edən mədəniyyət və ədəbiyyat tarixi haqqında yaddaşı yaşatmaqda, təbliğ etməkdədir.

Alim muzeydə yalnız peşəsini sevənlərin, bu işin mənəvi məsuliyyətini dərk edənlərin çalışa bildiyini diqqətinə çatdırıb. Vurğulayıb ki, bu sevgi peşə bayramında da özünü göstərir. Çünki, başqa peşə sahibləri öz peşə bayramlarında istirahət etdiyi halda muzey əməkdaşları bu gündə başqa zamanlardan daha artıq çalışmalı olur. Elə bu səbəbdəndir ki, karantin rejiminə rəğmən muzey öz ənənəsini pozmamaq üçün bu il açıq qapını virtual şəkildə keçirir və muzeysevərləri ekran başına toplayır.

Daha sonra akademik R.Hüseynov respublikanın bütün muzeylərinin əməkdaşlarını və muzeysevərləri təbrik edib və videosəyahəti açıq elan edib.

Videosəyahətdə muzeyin bələdçiləri əvvəldən sona qədər bütün ekspozisiya zallarından görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığından məlumatlar verib, muzeyin qiymətli eksponatlarını - əlyazmalar, klassik əsərlərə toxunmuş süjetli xalçalar, miniatürlər, şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illustrasiyalar, arxeologiya nümunələri, memarlıq abidələrinin maketlərini izləyicilərə təqdim ediblər.

Virtual açıq qapıya, həmçinin muzeyin 3 filialı - Xaqani Şirvani adına Aran Regional filialı, Xurşidbanu Natəvan adına Qarabağ filialı, Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzi də qoşulub.

Daha sonra muzey bələdçiləri Azərbaycan dili ilə yanaşı ingilis, rus, ərəb və fars dillərində öz təbriklərini çatdırıb. Muzeydə virtual açıq qapı gününü yekunlaşdıran muzeyin direktoru, akademik R.Hüseynov bildirib ki, dünyanın hər yerində muzeylər insanlar üçündür, deməli bu mədəniyyət ocaqları əslində hamınındır. Ona görə də, muzeylərin bayramı yalnız muzey işçilərinin yox, hər kəsin bayramı sayılmalıdır. R.Hüseynov bütün muzey işçiləri adından belə bir arzusunu da dilə gətirib ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti kimi möhtəşəm bir irsin varisi və sahibi olan xalqımız muzeyləri tez-tez ziyarət etsin, bu vərdişi övladlarına aşılasın və hər kəs imkanı daxilində ölkə muzeylərinin zənginləşməsinə öz töhfələrini versin.

Virtual açıq qapı günü Nizami muzeyinə həsr edilən, sözlərini Rafael Hüseynovun yazdığı, musiqisini Rizvan Sədirxanovun bəstələdiyi, solist Gülşən İbadova-Akın və xorun ifa etdiyi “Söz məbədi” adlı nəğmə ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub