Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami soraqlı günlər

Bakı, 20 sentyabr, AZƏRTAC

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tarixin bütün dövrlərində mütəfəkkirlərimiz, ziyalılarımız, alimlərimiz mühüm işlər görüblər. Həmin tədbirlərin nəticəsi olaraq bu gün qətiyyətlə deyə bilərik ki, nizamişünaslıq dünya elmi şəklində formalaşıb və onun da mərkəzi Azərbaycandır.

Müasir Azərbaycanın nizamişünaslığın mərkəzinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Heydər Əliyevin söylədiyi “Nizami Gəncəvi elə dahidir ki, onun yubileyi hər il keçirilməlidir” fikri mütəfəkkir şairə olan milli münasibətin ən bariz təzahürü idi.

Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söyləyib. O qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə “Nizami məqbərəsinin qorunması”, “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq” tədbirləri haqqında qərarlar qəbul edilib. 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarının qəbul edilməsi onlarca nizamişünas ziyalıların yetişməsinə yol açdı: “Qətiyyətlə deyə bilərik ki, bugünkü Azərbaycan nizamişünaslıq elminin inkişaf səviyyəsini, əhatə genişliyini yeni nəsil nizamişünas alimlərin yetişdiyi mühitin sirlərini həmin qərarların işığında, məzmununda və ümumiyyətlə, həmin dövrdə axtarmaq lazımdır. Çünki 1970-ci illərdən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından yeni mərhələ başlanır. Nizami Gəncəvinin 840 illik yubileyi ilə bağlı qərarda dahi şairin məqbərəsinin yenidən qurulması və ətrafındakı ərazinin abadlaşdırılması, Gəncə şəhərində Nizami Poeziya evini yaradılması, onun şairin yaradıcılıq irsini təbliğ edən və yayan mərkəzə çevrilməsi kimi məsələlər də əksini tapmışdı. Bütün bunların nəticəsi idi ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına imkan yaranmışdı. Onlarca nizamişünas alim, şair, yazıçı riqqətə gələrək şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başladılar. Bundan sonra xeyli iş görüldü. Dövlət əhəmiyyətli bu qərarlarla kifayətlənmək də olardı. Ancaq uzaqgörən Heydər Əliyevin şəxsi təşəbbüsü diqqəti cəlb edir. Belə ki, Bakıda metronun “Nizami” stansiyası tikilərkən Heydər Əliyev bir neçə dəfə oraya getmiş, işin gedişi ilə maraqlanmış, dayanacaqdakı rəsmlərin Nizaminin əsərləri əsasında olmasına dair tövsiyələrini vermişdi. Ulu Öndərin bu fikirlərini də xatırlamaq yerinə düşər: “Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm”.

Müstəqil Azərbaycanda Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamı, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi nizamişünaslığın inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə təkan verdi. Eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, Azərbaycan Prezidentinin himayəsi altında Mərkəzin təşəbbüsü ilə Nizami Gəncəvi ideyalarının işığında 2013-cü ildən ənənəvi olaraq Qlobal Bakı Forumunun keçirilməsi, Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi, İngiltərənin Oksford Universitetində Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətə başlaması müasir Azərbaycan nizamişünaslığının tarixi nailiyyətidir”.

Müsahibimiz qeyd edib ki, ötən günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Beynəlxalq Muğam Mərkəzinin və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə dahi şairin vətənində xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsi də onun yaradıcılığına ehtiramın ifadəsidir.

Gəncə şəhərinin sakinləri ilə yanaşı, ölkəmizin müxtəlif guşələrindən gələn qonaqların da iştirak etdiyi “Nizami günləri” çərçivəsində dahi mütəfəkkirin ata-baba yurdunda Nizami Gəncəvi təntənəsi yaşandı. Xüsusilə beş gün ərzində tamaşaçılara təqdim edilən hər bir təqdimat birbaşa Gəncə ilə, Nizami Gəncəvi ilə bağlı idi.

“Tədbirin açılış mərasimi isə əsl poeziya bayramına çevrildi, bu gün də sevilə-sevilə oxunan Nizami şeirinin milli və ümumbəşəri əhəmiyyətini bütün parlaqlığı ilə ifadə etdi”, - deyən Əlimuxtar Muxtarov layihə çərçivəsində dahi şairə həsr edilmiş elmi-praktik konfransın əhəmiyyətini də diqqətə çatdırıb. O bildirib ki, həmin konfransda dinlənilmiş məruzələr nəinki nizamişünaslığa, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığına, habelə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən kinematoqrafiyaya, rəssamlığa mühüm töhfələrdir. Eləcə də “Nizami klassik musiqidə”, “Qiraət axşamı”, “Nizami Muğam dünyası” dahi şairin irsinin gənc nəslə təbliği baxımından mühüm tədbirlər oldu.

“Səkkiz əsrdən artıqdır ki, bu torpağın üzərində Nizami günəşi parlayır və öz zəka işığını bütün dünyaya yayır. Bütün dünya da Nizaminin poeziya günəşini sevir, əzizləyir. Dahi şairə həsr edilən bütün tədbirlər şairin “Yüz il sonra sorsan: Bəs o hardadır? Hər beyti səslənər: Burda, burdadır!” fikrinin haqlı olduğunu bir daha təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO