Azərbaycan Dövlət İnformasiya Agentliyi

Növbədənkənar Prezident seçkiləri - daha işıqlı, daha mükəmməl dövrə keçid - RƏY

Növbədənkənar Prezident seçkiləri - daha işıqlı, daha mükəmməl dövrə keçid -  RƏY

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün müxtəlif siyasi kuluarlarda, siyasi dairələrdə Azərbaycanı sevməyən, ölkəmizdə müəyyən qarşıdurma və yaxud hakimiyyətə can atan qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinin, Qarabağ probleminin həllində Rusiyanın və ya hansısa başqa dövlətin, qüvvələrin rolunun olduğunu vurğulayaraq, Azərbaycan dövlətinin özünün, onun siyasi hakimiyyətinin rolunu kiçiltməyə cəhdlər edilir. Əslində, bu cür düşünənlər çox böyük yanlışlığa yol verir, ədalətsiz, qərəzli yanaşma sərgiləyirlər. Qəribədir ki, ölkəmizə qarşı bu cür əks-təbliğat Ermənistan tərəfindən başladılmışdı. Sonralar bəzi xarici KİV-lər, ölkəmizə qarşı qərəzli mövqe tutan saxta “ekspertlər” bu kompaniyanı davam etdirdilər, bu gün isə daxilimizdə olan bəzi qüvvələr - “sapı özümüzdən olan baltalar” bu “ideyanı” təbliğ etməyə çalışırlar.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, hələ 44 günlük müharibə dövründə, artıq məğlubiyyətin qaçılmaz olduğunu hiss edən Ermənistan tərəfindən başlanmış şantaj və yalan kompaniyasının məqsədi aydın idi: “Belə ki, Ermənistanın hərbçilərinin - başıpozuq dəstələrin və quldur birləşmələrinin Azərbaycan Silahlı Qüvvələri qarşısında acizliyini və çarəsizliyini ört-basdır etmək, Azərbaycanın hərb sisteminin qüdrətinə, əsgər və zabitlərimizin qəhrəmanlığına kölgə salmaq, göstərilən şücaətləri aşağılamaq məqsədilə müxtəlif feyk məlumatlar, böhtan və iftiralar tirajlamağa başladılar. Həmin dövrlər sosial şəbəkələrdə, müxtəlif informasiya saytlarında erməni seqmentlərinin və onların yandaşlarının təşkil etdiyi, yaydıqları feyk məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa, öz düşüncələrinə görə “sübut etməyə“ çalışırdılar ki, günbəgün şəhərləri, kəndləri işğaldan azad edən, erməni silahlılarını qaçmağa məcbur edən, Şuşanı sıldırımlı qayaları dırmaşaraq fəth edənlər Azərbaycan Ordusu deyil, Suriya muzdlu döyüşçülərindən tutmuş, fantastik kino və mifik nağıl qəhrəmanları, yadplanetlilər və sairləri olub. Təəssüf ki, sonralar bəzi xarici saytlar da utanmadan, qeyri-peşəkarcasına bu feyk məlumatları sırımağa çalışırdırlar. Əlbəttə, bu cür gülməli, yalan və böhtan məlumatlara normal, hətta az-çox obyektiv olmağa çalışan, şüuru başında, adekvat olan heç kim inanmadı, hətta bizə “dost olmayan” bir çox ekspertlər belə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını və şücaətini, Ali Baş Komandanın cəsarətini, müdrikliyini etiraf etmək məcburiyyətində qaldılar”.

Ölkəmizə qarşı mütəmadi olaraq bu qəbildən böhtan və iftira kampaniyaların aparıldığının artıq bir ənənəyə çevrildiyini vurğulayan siyasi şərhçi əlavə edib: “Bu cür qərəzli, ədalətsiz, yalan və böhtan xarakterli məlumatlardan bəzi siyasi konyunkturaya və ya hansısa qaranlıq amallara xidmət edən Azərbaycan vətəndaşlarının istifadə etməsi çox təəccüblüdür. Onların məqsədləri nə olursa olsun, Azərbaycan dövlətinin nüfuzu, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar və sair kimi müqəddəs duyğularla müqayisədə çox cılız görünür. Digər tərəfdən axı bu cür sərsəmlərin həqiqətdən çox uzaq olduğunu dərk etmək üçün azacıq siyasi təcrübənin, məntiqi və analitik düşüncə təfəkkürünün olması yetərlidir. Sirr deyil ki, Ermənistan-Azərbaycan münaqişəsi, istər Qərb - ABŞ, Avropa İttifaqı, istər Rusiya, istərsə də digər dövlətlər üçün maraqlı idi. Əslində, bu münaqişə region uğrunda nüfuz mübarizəsində böyük qüvvələr üçün həm Azərbaycana, həm də Ermənistana qarşı təsir rıçaqlarından biri idi. Bu səbəbdən də, münaqişənin birdəfəlik həllində maraqlı olanların çərçivəsi çox dar idi. Məhz yalnız bu faktın özü kifayətdir ki, birmənalı şəkildə söyləyəsən ki, bu münaqişənin həllinə Azərbaycan yalnız və yalnız öz gücü hesabına nail ola bildi. Təbii ki, bu prosesdə Azərbaycana siyasi və diplomatik dəstək göstərən, mənəvi dayaq olan dost ölkələri, xüsusilə də qardaş Türkiyəni də qeyd etməklə yanaşı, bu Zəfərin yeganə müəllifi Azərbaycan Ordusu - əsgər və zabitlərimiz və başda Ali Baş Komandan olmaqla ölkənin siyasi rəhbərliyidir. Bu səylərin, uğurun nəticəsində ölkəmizə qarşı daim istifadə olunan bu təsir rıçağı, təzyiq vasitəsi tamamilə aradan qaldırıldı. Bununla da, Rusiyanı, Qərbi və ya digər qüvvələri Azərbaycanı şantaj üsulundan istifadə edərək öz maraqlarına uyğun hər hansı bir siyasi iradə, siyasi təsir çərçivəsinə salmaq imkanlarından məhrum etdi”.

Əhməd Abbasbəyli qeyd edib ki, otuz ildən artıq istifadə etdikləri vasitələrdən məhrum olan, lakin öz niyyətlərindən əl çəkmək istəməyən bəzi qüvvələr yeni üsullar axtarışındadırlar: “Təcrübə göstərir ki, digər dövlətlərə təsir mexanizmlərindən ən populyarı daxili vəziyyəti gərginləşdirmək, ölkədaxili proseslərə müdaxilə, müxtəlif bəhanələrlə daxildə ziddiyyət, qarşıdurma yaratmaq və ya beynəlxalq səviyyədə müxtəlif sanksiyalar tətbiq etmək təcrübəsindən istifadədir. Bu yollarla da öz iradəsini, maraqlarını təmin etmək üçün cəhdlər edilir. Əlbəttə ki, bunun üçün daxildə bəzi qüvvələrdən - “beşinci kalon” adlanan, mənsub olduğu millətin, vətəndaşı olduğu dövlətinin maraqlarını öz şəxsi maraqlarına qurban verən, xarici ağalarının verdiyi qabaqdan qalmış sür-sümüyə, qəpik-quruşa görə Azərbaycana qarşı böhtan və iftiralar yağdıran sürünün xidmətlərindən yararlanmaq ehtiyacı yaranır. Son zamanlar bu savadsız, siyasi proseslərdən tamamilə uzaq, bir damcı belə Vətən, millət sevdası olmayan, leksikonunda küçə söyüşləri ilə dolu olan bu satqın məxluqlar bir çox hallarda özlərini müxalifətçi kimi təqdim edirlər. Amma əslində isə müxalifət dövlətini və millətini sevən, sadəcə siyasi yanaşma tərzi fərqli, ölkənin idarəetməsində alternativ sosial-iqtisadi proqramlara malik, siyasi etik çərçivəsində fəaliyyət göstərən qüvvələrdir və həmin o “məxluqların” müxalifətlə yaxından-uzaqdan əlaqəsinin olduğu heç inandırıcı deyil. Maraqlıdır ki, Azərbaycana xaricdən təsir etmək istəyən bədxah qüvvələr də məhz ölkədə real qüvvələrə deyil, həmin o “araqarışdıranlara” istinad edirlər. Bu mənada belələrinin xidmətindən istifadə edərək, ölkədə müxtəlif bəhanələrlə daxili qeyri-stabillik, narazılıqlar və konfliktlər yaratmaq və bunun ətrafında şou qurmaq, beynəlxalq səviyyədə Azərbaycanı yenə diqqət mərkəzinə gətirmək, yeni iftira və böhtan kompaniyası təşkil etmək, dövlətimizin nüfuzuna zərər vurmaq niyyətlərinin qarşısını zamanında almaq üçün tədbirlər görməyin vaxtıdır”.

Siyasi şərhçi əmin olduğunu bildirib ki, növbəti illərdə də ölkədə atılan addımlar, həyata keçirilən mütərəqqi islahatlar, Azərbaycana qarşı çalışan, onun uğurlarını həzm edə bilməyən, ölkədə daim qarışıqlıq yaratmağa, çalışan, ölkəmizi Suriya və sair kimi ölkələrin taleyini yaşatmağa çalışan qüvvələrin bu cür niyyətləri də boşa çıxacaq, bütün bəhanələrə əsas verə biləcək hər hansı bir problem qalmayacaq. Ölkəmizə qarşı istifadə oluna biləcək bütün bəhanələr, vasitə və alətlər aradan qaldırılacaq. Ölkədə mümkün ola biləcək bütün daxili problemlər - sosial, iqtisadi problemlər, məmur-vətəndaş ünsiyyətində narazılıqlar və s. kimi məsələlər həll ediləcək, dövlətimizin suverenliyi təmin olunduğu kimi, ölkədə şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu da tam təmin ediləcək.

“Fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri də bu nəhəng prosesdə növbəti həlledici mərhələnin başlanğıcı kimi dəyərləndirilir və ölkəmizin tarixində yeni, daha işıqlı, daha mükəmməl bir dövrə keçid olacağına inanıram. Daxili bir inam hissi var, necə ki, bu son üç ildə Azərbaycanın həm hərbi sahədə, həm də diplomatiya sahəsində uğurları qəbul edilir, bir örnək kimi qeyd olunur, növbəti illərdə də demokratiyanın, yaxşı idarəetmənın, açıq hökumət təşəbbüsünün və şəffaflığın bərqərar olması, iqtisadi, sosial və sair sahələrdə əldə edəcəyi daha böyük uğurlarla həm postsovet məkanında, həm də Şərqi Avropada müsbət təcrübə kimi diqqət mərkəzində olacaq”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH