NOYABRDA HAVANIN TEMPERATURU QEYRİ-SABİT OLACAQ
Noyabrın birinci ongünlüyündən etibarən hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq, şimşək çaxacaq, bəzi bölgələrdə leysan yağacaqdır. Temperatur 2-3 dərəcə düşəcək, şimal-qərb küləyi əsəcək, küləyin sürəti bəzi günlərdə saniyədə 18-23 metrə çatacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 10-13 dərəcəyə çatacaq ki, bu da iqlim səviyyəsindən 1-2 dərəcə (gecə 8-10 dərəcə, gündüz 13-16 dərəcə) yüksəkdir, yağıntının səviyyəsi normaya yaxın (28-38 mm) olacaqdır. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 6-8 dərəcə (gecə 2-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (18-28 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 3-5 dərəcə (gecə 1-3, gündüz 8-10 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (27-34 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 8-10 dərəcə isti (gecə 3-6 dərəcə, gündüz 12-15 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (15-24 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 6-8 dərəcə isti (gecə 2-5 dərəcə, gündüz 8-13 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (29-73 mm) olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 10-12 dərəcə isti (gecə 3-8 dərəcə, gündüz 14-17 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (25-45 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 10-12 dərəcə isti (gecə -6-9 dərəcə, gündüz -13-16 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (77-170 mm) olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [19:07]