Noyabrın 28-dən Gürcüstanda ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
Tbilisi, 26 noyabr, AZƏRTAC
Gürcüstan hökuməti ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə bir sıra sərtləşdirici tədbirlər görülməsi barədə qərar qəbul edib. Noyabrın 28-dən etibarən Gürcüstanda metro da daxil olmaqla, bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.
Baş nazir qeyd edib ki, taksilərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Eləcə də bayram günlərində ictimai nəqliyyatın hərəkətinə icazə veriləcək. Lakin sonradan qadağalar yenidən tətbiq olunacaq.
Qeyd edək ki, Gürcüstanda noyabrın 28-dən sərt karantin rejimi tətbiq olunacaq və bu rejim 2021-ci il yanvarın 31-dək qüvvədə qalacaq.
Hökumətin digər qərarına əsasən, gələn il yanvarın 3-dən 15-dək bütün ölkə üzrə tətil elan olunacaq.
Tətil dövründə banklar, strateji əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla, bütün digər dövlət və özəl müəssisələr fəaliyyət göstərməyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]