“Nuh yurdu” intellektual oyununun qalibi “Nuh” komandası olub
Naxçıvan, 21 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında keçirilən “Nuh yurdu” intellektual oyununun qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunan yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan ibarət olduğunu bildirib, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik ediblər.
On altı komandanın iştirak etdiyi oyun dörd yarımfinal və final mərhələsindən ibarət olub. Hər yarımfinalda ən yüksək xal toplayaraq birinci yerə çıxan komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Nuh”, “Zərbə”, “Buta” və “Zirvə” komandaları finalda mübarizə aparıblar. Sonda “Nuh” komandası qalib adını qazanıb. “Zərbə” komandası ikinci, “Zirvə” komandası isə üçüncü yeri tutub.
Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [12:59]
Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümə yeni tamaşalarla gəlir
- 02.09.2026 [11:15]
Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular VİDEO
- 02.09.2026 [11:13]
Nazir müavini Ağstafa rayonunda vətəndaş müraciətlərini dinləyəcək
- 02.09.2026 [10:24]
“Şimal” heyətini üç afrikalı futbolçu ilə gücləndirib
- 02.09.2026 [09:56]