Nümayəndələr Palatasının üzvü: Co Bayden və ABŞ qanunvericiləri konstitusiyanı pozublar
Bakı, 28 fevral, AZƏRTAC
Prezident Co Bayden və bəzi ABŞ qanunvericiləri Konqresin zəruri icazəsi olmadan Ukraynaya hərbi və maliyyə yardımı göstərərək ölkə konstitusiyasını pozublar.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrin (Marjorie Taylor Greene) özünün tviter səhifəsində bildirib.
“ABŞ Prezidentinin və Konqresin bir sıra üzvlərinin müharibəyə daxil olmaq üçün Konqresin tam təsdiqi olmadan hərbi əməliyyatları maliyyələşdirməsi, silahlandırması, təlim keçməsi və yardım etməsi konstitusiyaya ziddir. Ukrayna nə NATO üzvüdür, nə müttəfiq, demokratiyadan da uzaqdır”, - deyə o yazıb.
Marjori Teylor Qrin qeyd edib ki, amerikalılar Ukraynadakı müharibəni qətiyyən dəstəkləmirlər, Vaşinqtonun bu müharibəni maliyyələşdirməsindən və təşviq etməsindən çox narazıdırlar. Biz sülh istəyirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]