OANA ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIĞIN DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ ZƏRURİDİR
Bu fikir AZƏRTAC-ın ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda Bakıda keçirilən 30-cu iclasının ikinci iş günündə xüsusi vurğulanmışdır.
İclası OANA-nın prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusuf açaraq, gündəlik barədə məlumat vermişdir.
OANA Katibliyinin sədri Əhməd Hüseyni təşkilatın hesabatını təqdim etmişdir. OANA İcraiyyə Komitəsinin 29-cu iclasının protokolu təsdiqləndikdən sonra təşkilata üzv agentliklərin nümayəndələrinin hesabat çıxışları olmuşdur.
Onlar təmsil etdikləri agentliklər barədə məlumat vermiş, OANA İcraiyyə Komitəsinin 30-cu iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamış, təşkilatçılığı yüksək qiymətləndirmişlər. İnformasiya agentlikləri arasında əməkdaşlığın daha da genişləndirlməsinin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyi bildirilmişdir.
######


MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]