Oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar
Bakı, 23 may, AZƏRTAC
Şəkidə və paytaxtın Nəsimi rayonu ərazisində oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Hyundai” və “Ford” markalı iki avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş H.Səfərov tutulub.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kafelərin birində şəhər sakini N.Cəfərovun içərisində 725 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən həmyerlisi Q.Qədirova yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]