RƏSMİ XRONİKA
OĞUZ MƏRKƏZİ RAYON XƏSTƏXANASININ TİKİNTİSİ İLƏ TANIŞLIQ
Səhiyyə naziri Oqtay Şirəliyev Prezidentə məlumat verdi ki, 100 çarpayılıq bu xəstəxanada hər cür müasir şərait yaradılacaqdır. İnşaat işlərini “Oğuztikintimexanizasiya” Açıq Səhmdar Cəmiyyəti yerinə yetirəcəkdir. Bura bir növ səhiyyə şəhərciyi olacaqdır. Gündə 250 nəfəri qəbul edə bilən poliklinika, təcili yardım stansiyası, infeksion və təsərrüfat korpusları, nasosxana, qazanxana da tikiləcəkdir.
Layihə ilə tanış olan Prezident İlham Əliyev dedi ki, bu cür xəstəxanalar ölkəmizin bir çox regionlarında, o cümlədən Şamaxıda, Şəkidə, Balakəndə, Göyçayda və digər rayonlarda artıq inşa olunur. Dövlətimizin başçısı ölkəmizdə əhalinin sağlamlığının qorunması üçün görülən tədbirlərdən danışdı və bu sahəyə bundan sonra da diqqət göstəriləcəyini xüsusi vurğuladı.