RƏSMİ XRONİKA
OĞUZ YAXIN VAXTLARDA TURİSTLƏRİN SEVİMLİ İSTİRAHƏT YERİNƏ ÇEVRİLƏCƏK
Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə 2006-cı ilin iyulunda başlanan kompleks ilin sonunadək tam istifadəyə veriləcəkdir. Dövlətimizin başçısının sahibkarlığın, regionların sosial-iqtisadi inkişafına diqqət və qayğısının daha bir təzahürü olan bu kompleksin ərazisi 1,5 hektar təşkil edir. Tikinti sahəsinin ərazisi isə 4200 kvadratmetrdir. 2,2 milyon dollara başa gələcək kompleksə indiyədək 1,6 milyon manat xərclənmiş, bunun 400 min manatı işçilərə maaş kimi verilmişdir.
Burada 31 otaqlı beşulduzlu mehmanxana, 4 kottec, sağlamlıq mərkəzi, gənclərin istirahəti üçün diskoklub olacaq, idmanla məşğul olmağa şərait yaradılacaqdır. Beşmərtəbəli mehmanxanada 70 nəfərlik konfrans salonu, restoran, internet otağı, beynəlxalq tədbirlərin keçirilməsi üçün sinxron tərcümə mərkəzi də fəaliyyət göstərəcəkdir. Burada üçulduzlu mehmanxananın da tikintisi nəzərdə tutulur.
Prezident İlham Əliyev inşaatçılarla görüşdü, layihə ilə tanış oldu, tikinti sahələrinə baxdı.
Dövlətimizin başçısı binanın yuxarı mərtəbəsindən ətraf mənzərəni, gözəl təbiəti seyr etdi və bu cür obyektlərə gələcəkdə tələbatın çox olacağını bildirdi. Turistlərin bu bölgəyə gəlməsi üçün bütün işlərin yüksək səviyyədə görülməsinin zəruriliyini söylədi.