OĞUZDA TURİZMİN İNKİŞAFI ÜÇÜN GENİŞ İMKANLAR VARDIR
Oğuz, 26 aprel (AZƏRTAC). Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonun turizm mərkəzinə çevrilməsi üçün lazımi infrastrukturun yaradılması, habelə dövlət, iş adamları və özəl qurumlar tərəfindən bu sahəyə investisiyaların cəlb edilməsi rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, Oğuz şəhərində, Calut və Xalxal kəndlərinin ərazisində yeni turizm obyektlərinin tikintisinə başlanılmışdır. Həmin obyektlərə 15 milyon manata yaxın sərmayə qoyulması nəzərdə tutulur. “Qoşabulaq” adlanan ərazidə təməli 2007-ci ildə qoyulmuş və smeta dəyəri 2 milyon manat olan turizm obyektinin tikintisi də hazırda sürətlə davam etdirilir. Bundan əlavə, “Azərbaycan- 60” adlanan ərazidə smeta dəyəri 6 milyon manat olan farel balıqlarının bəslənilməsi mərkəzinin tikintisi üçün də hazırlıq işlərinə başlanılmışdır. Bu ərazidə də turizmlə bağlı bir sıra obyektlərin tikilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]