OLİMPİA OYUNLARINDA QALİB GƏLƏN BELARUS İDMANÇILARI VƏ ONLARIN MƏŞQÇİLƏRİ 100 MİN DOLLAR ALACAQLAR
Beləliklə, birinci yer üçün mükafat orta hesabla 40 faiz artırılmışdır. Dövlət başçısının mətbuat xidmətindən bildirmişlər ki, bu, idmançıların maddi cəhətdən həvəsləndirilməsində beynəlxalq standartlara yaxınlaşmağa imkan verəcəkdir.
2008-ci ildə Pekində keçiriləcək XXIX yay Olimpiya oyunlarnda və 2010-cu ildə Vankuverdə (Kanada) keçiriləcək qış Olimpiadasında qızıl medallar qazanacaq idmançıların məşqçilərinin pul mükafatlarından gəlir vergisi tutulmayacaqdır.
İdmançıların Olimpiya oyunlarına uğurla hazırlaşdırılması üçün müvafiq idman qurğularını inkişaf etdirmək, ixtisaslaşdırılmış idman-tədris müəssisələrinin, Olimpiya ehtiyatı məktəblərinin, idman klublarının maddi-texniki bazasını möhkəmləndirmək nəzərdə tutulmuşdur. İdmançılar, məşqçilər və Belarus milli komandalarının mütəxəssisləri üçün əlverişli sosial-məişət şəraiti yaradılacaqdır.