RƏSMİ XRONİKA
OLİMPİYA KOMPLEKSİ OĞUZ GƏNCLƏRİNƏ GÖZƏL HƏDİYYƏ OLACAQDIR
İnşaatçılar dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. Prezidentə məlumat verildi ki, tikintiyə 2006-cı il sentyabrın 1-də başlanmışdır və kompleks 2008-ci il sentyabrın 1-dək tam hazır olacaqdır. Obyektin sifarişçisi Gənclər və İdman Nazirliyi, podratçı təşkilat “Rövşən Oğuz” inşaat şirkətidir. Bu obyektin istifadəyə verilməsi regionda idmanın inkişafına yeni təkan verəcək, burada respublika və beynəlxalq miqyaslı yarışların keçirilməsi mümkün olacaqdır.
Prezident İlham Əliyev layihə ilə tanış oldu, inşaatçılara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı ölkəmizin artıq 10-dan çox rayonunda olimpiya idman kompleksinin tikildiyini xatırladaraq, bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini söylədi.
Prezidentə idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkür bildirildi.
Bununla da Prezident İlham Əliyevin Oğuz rayonuna səfəri başa çatdı.