Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək
Bakı, 23 mart, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur.
Bunu AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, şimal-qərb küləyi əsəcək, martın 25-dən 26-dək arabir 15-20 metr/saniyəyədək güclənəcək: "Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”.
Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]