Ölkə üzrə payız ağac əkininə başlanılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
IDEA İctimai Birliyinin təşəbbüsü ilə başladılan, ETSN-in təşkilatçılığı ilə keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə üzrə payız ağac əkininə start verilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AZƏRTAC-a bildirib ki, payız ağac əkini ilə əlaqədar Bakı və Abşeronda, eləcə də bütün regionlarda genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir: “Yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədilə hər kəsi, ictimaiyyət nümayəndələrini, tərəfdaşlarımızı, bütün təbiətsevərləri ağacəkmə tədbirlərində fəal iştiraka dəvət edirik və yaz ağac əkinində olduğu kimi bu dəfə də onlardan dəstək gözləyirik”.