İQTİSADİYYAT
Ölkəmizdə elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə artıb
Bakı, 28 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında ölkəmizdə 25,6 milyon manatlıq kompyuter və elektron məhsulları, elektrik avadanlıqları istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kompyuter və elektron məhsullarının istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,4 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 3,8 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı isə 962,0 dəfə artıb. Gərginliyi 1000 voltadək olan elektrik cərəyanı naqillərinin istehsalında isə 78,3 faiz artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]