Olqa Bıkovskaya “Bakı-2017”də ikinci qızıl medalını qazanıb
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarında daha bir qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub.
Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.