Olqa Orenburkina: Quru göz sindromu ilə mübarizə aktual mövzudur
Bakı, 29 aprel, AZƏRTAC
Hazırda quru göz sindromu istənilən digər göz patologiyası - katarakta, qlaukoma və s. müşayiət edən yayılmış xəstəlikdir. Bu xəstəliklə mübarizə aktual mövzu olaraq qalır. Təəssüf ki, bu sindromun müalicəsi üçün hansısa yeganə həll yolu mövcud deyil.
Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Başqırdıstan Respublikasının Ufa şəhərinin Ümumrusiya Göz və Plastik Cərrahiyyə Mərkəzinin həkimi Olqa Orenburkina bildirib.
Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” Beynəlxalq elmi-praktiki konfransının əhəmiyyətindən bəhs edən O.Orenburkina deyib: “Konfrans çox yüksək səviyyədə təşkil olunub və belə bir əlamətdar tarixə - Azərbaycan oftalmologiyasının demək olar ki, banisi olan Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilib. Çıxış etmək və bu yüksək kürsüdən bizim uğurlarımız barədə məruzə etmək üçün dəvət edilməyim mənim üçün çox xoşdur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]