Ombudsman Aparatı tərəfindən sosial dəstək layihəsi həyata keçirilib
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən həssas əhali qruplarına, ailələrə ünvanlanan sosial dəstək həyata keçirilib.
Ombudsman Aparatının Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında aparatın əməkdaşları təsisata müraciət etmiş aztəminatlı ailələrə, habelə hərbi qulluqçuların ailələrinə baş çəkiblər.
Görüşlərdə onlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ombudsmanın təbrikləri çatdırılıb, sovqatlar təqdim edilib. Vətən müharibəsində iştirak etmiş və hazırda işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçulara da Ombudsman təsisatının sovqatları göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]