OMBUDSMAN XAÇMAZDA OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 22-də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Xaçmazda ictimai dinləmələr keçirmişdir.
İnsan hüquqlarının mühafizəsi üzrə Milli Fəaliyyət Planına (MFP) uyğun olaraq təşkil edilmiş ictimai dinləmələrdə E.Süleymanova insan hüquqlarının təminatının qarşıda duran əsas vəzifələrdən biri olduğunu demişdir. İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda insan hüquqlarının qorunmasından və yerlərdə MFP-nin icrasının əhəmiyyətindən danışmışdır.
Səfər çərçivəsində ombudsman təhsilin problemləri ilə də maraqlanmış, Zərifə Əliyeva adına 8 saylı orta məktəbdə olmuşdur.
İctimai dinləmələr indiyədək respublikanın 51 rayonunda keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]