Opera müğənnisi Ramil Qasımovun yeni diski işıq üzü görmüşdür
Bakı, 17 may (AZƏRTAC). Gənc və istedadlı opera müğənnisi Ramil Qasımovun yeni musiqi diski işıq üzü görmüşdür.
Müğənni AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Televiziyasının (AzTV) musiqiçiləri ilə birlikdə yazılmış disk Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin 80 illik yubileyinə həsr olunmuşdur.
Yeni diskdə bəstəkarlardan H.Xanməmmədovun, S.Rüstəmovun, R.Mustafayevin və T.Bakıxanovun əsərləri yer almışdır.
Ramil Qasımov 1999-cu ildə gənc vokalçıların respublika müsabiqəsinin qalibi olmuşdur. Həmin vaxtdan etibarən Dövlət Musiqili Komediya Teatrının solistidir. Bir neçə tamaşalarda aparıcı rollarda oynamışdır.
Gənc vokalçı ötən il Yekaterinburqda keçirilmiş Beynəlxalq operetta festivalında iştirak etmişdir. Hazırda o, bu yaxınlarda yaradılmış “Biz Bakıdanıq” estrada-simfonik orkestrinə rəhbərlik edir. R. Qasımov Heydər Əliyev Sarayının səhnəsində görkəmli bəstəkar, Xalq Artisti Firəngiz Əlizadənin “İntizar” operasında baş qəhrəmanın partiyasını uğurla ifa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]